"Bununla mən nə qazanıram?" - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO

"Bununla mən nə qazanıram?" - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEOBir vaxtlar gözəllik ondur, doqquzu dondur deyərdilər, indi isə gözəllik qurban tələb edir deyirlər. Elə bu səbəbdəndir ki, plastik əməliyyatlara maraq göstərənlərin sayı durmadan artır.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu – Sakin: "Ehtiyac yoxdur, pulun olarsa edərsən. Estetik əməliyyatdan ötrü kreditə girmək doğru deyil. Xanımlar edir, elə kişilər var kişilər də eliyir, kişilərə heç yaraşdırmıram".

Sorğu – Sakin: "Məncə insan öz təbii gözəlliyində qalmalıdır. Heç də ehtiyac yoxdur. Hətta öz imkanı belə olsa plastik əməliyyata ehtiyac yoxdur".

Könül Ağamirova - Plastik və estetik: "Öz güvən duyğusu insanların həyatında sosial və iş həyatında çox önəmlidir. Və plastik əməliyyat olunandan sonra insanda bu duyğu daha da artır. Mən bununla bağlayıram ki, bu səbəbdən son illər plastik əməliyyata müraciət edənlərin sayı artıb".

Aygün Cəfərova –Psixoloq: "Özgüvənsizliyi olan, özünü qəbul etməyən, özünü sevməyən insanlar daha çox bu yollara əl atırlar. Bunun kökündə bir növ natamamlıq kompleksi durur ki, bu kimi yollara əl ataraq natamamlıqlarını tamamlamağa çalırşırlar".

Hətta iş o həddə çatdı ki, maddi imkanı olmayanlar bu işi kredit üsulu ilə həll etməyi belə gözə alırlar.

Aygün Cəfərova – Psixoloq: "İnsanlarda bu kompleks o qədər dərinləşir ki, o qədər öz şəxsiyyətlərini qəbul edə bilmirlər ki, kreditə yaxud da digər yollara əl atırlar ki, bu həzzi ala bilsinlər. Nəyisə satım gedim estetik əməliyyatımı edim, kredit olmasa da kimdənsə borc alım. Yaxud da aylarla işləyim maaşımı yığım gedim filan əməliyyatı edim".

Könül Ağamirova - Plastik və estetik: "Plastik əməliyyatlara kreditlə yanaşma bizdə yeni bir yanaşma olsa da, qonşu ölkələrdə kreditlə plastik əməliyyatlar etmə var. Ola bilər ki, onların maddi imkanları yetmir əməliyyatlara, əsas bizim pasientlərimizin məmnunluğudur".

Dünyanın bir çox ölkələrində kreditlə estetik əməliyyat edən klinikaların olması ilə yanaşı, pasientlərə estetik əməliyyata özəl kredit kartları da təklif edən klinikalar da fəaliyyət göstərir.

Aygün Cəfərova –Psixoloq: "Seçim edən zaman düşünsünlər, bu seçim zamanı mən nəyi itirirəm, yaxud da nəyi qazanıram və nə üçün mənə lazımdır. Bu sualları özlərinə verərək insanlar bir növ etdikləri seçimləri dərk edə bilərlər. Bəlkə bu növ qarşısını almaq olar".

Bəzən elə hallar da olur ki, qadınlar ya genetik, ya da keçirilmiş hamiləliklərdən və ya hansısa xətəlikdən sonra üzdə və bədəndə olan estetik deformasiyaları aradan qaldırmaq üçün plastik əməliyyata müraciət etməli olurlar. Bu kimi halları normal qəbul etmək olar, vay o günə ki, özünə məxsus orqanları bəyənməyib cərrah ümidinə dəyişələr.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865