"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏ

"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏAna Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı BiG.AZ-ın sullarını cavablandırıb.

- Fəzail bəy, son dövrlər cənab prezidentimiz tərəfindən struktur islahatları aparılmaqdadı. Bu islahatlar baş verən neqativ halların qarşısını ala biləcəkmi?

- 2018-ci ilin aprel ayında cənab prezidentimiz yenidən xalqımızın yüksək etimadını qazanaraq dövlətimizə rəhbər seçildikdən sonra islahatların miqyasını daha da genişləndirdi. Prezidentimiz hələ seçkilər ərəfəsində ciddi islahatların anonsunu vermişdi. Seçkilərdən sonra bu baxımdan müxtəlif istiqamətlərdə konkret addımlar atmağa başlandı. Məlum olduğu kimi, Azərbaycan müstəqil dövlət olduqdan və Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra hüquqi, siyasi, iqtisadi və sosial islahatlara başladı və islahatlar davamlı xarakter aldı. Bu gün də bu islahatlar getməkdə və cəmiyyətin bütün tərəflərini əhatə etməkdədir. Eləcə də struktur islahatları. Struktur islahatlar idarəetmə sisteminin təkminləşməsinə xidmət edir. Dünya inkişaf edir. Dünyanın qarşıya qoyduğu çağırışlar var. Bu çağırışlardan şübhəsiz ki, üstün cəhətlərlə yanaşı, yetərincə çətinlik doğuran məqamlar da var. Dövlət güclü, qüdrətli olmalı, dövlətlə xalqın sıx münasibəti cəmiyyətdə əsas rol oynamalıdır. Nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal olunub. Torpaqlarımızı azad etmək üçün dövlətimiz daha da güclü olmalıdır, iqtisadiyyat yüksək dərəcədə inkişaf etməlidir. Eləcə də silahlı qüvvələrimiz öz sözünü deməyə hər zaman hazır olmaldır. Bütün bunlar üçün islahatların dərinləşməsinə ehtiyac duyulur. Seçkilərdən sonra prezident gənc, kifayət qədər potensialı və təcrübəsi, intellektual səviyyəsi yüksək, təmiz imici olan gənc kadrları rəhbər vəzifələrə təyin etdi. Artıq onlar özlərini cəmiyyətdə təsdiq etməyə başlayıblar. Əlbəttə, paralel strukturların aradan qaldırılması, yükə çevrilən qurumların ləğv edilməsi, eyni zamanda idarəetməni təkmilləşdirmək üçün daha çevik qurumların yaradılmasını önə çəkərək cənab prezidentimizin bu yolda atdığı addımlar dövlətimizin güclənməsinə və neqativ halların aradan qaldırılmasına xidmət edir. Biz artıq bunun konkret nəticələrini görməkdəyik.

- Son dövrlər dövlətimizə qarşı qarayaxma kampaniyalarının aktivləşməsinə səbəb nədir?

- Azərbaycan dövləti gücləndikcə, beynəlxalq səviyyədə nüfuzu artıqca, Azərbaycanda prezidentlə xalqın ittifaqı möhkəmləndikcə ölkəmizi istəməyən Anti-Azərbaycan qüvvələri aktivləşirlər. Anti-Azərbaycan qüvvələri dövlətimizi zəif, ölkəmizi xaosa çevirmək ən iyrənc metodlara belə əl atırlar. Azərbaycanda maraqları olan güc mərkəzləri öz maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələrdən istifadə etməyə səy göstərirlər. Anti-Azərbaycan və anti-milli qüvvələr xalqla prezident arasında münaqişə salamağa, etimadsızlıq toxumları səpməyə çalışırlar. Lakin buna nail ola bilmirlər. Bu gün xalqla prezident arasında sıx, monalit birlik var. Dövlət başçısının Şamaxıda baş verən zəlzələ zamanı dərhal oraya getməsi, insanlarla görüşməsi, Saray nənə ilə duyğulu söhbəti, Real televiziyasına verdiyi müsahibədəki açıqlamaları, Beyləqanda xalqla səmimi görüşü, xalqımızın prezidentinə böyük inamı və sevgisi dediklərimə sübutdur.

- Fəzail bəy, son dövrlər jurnalistlərlə deputatlar arasında soyuq müharibə gedir. Deputatların bir çoxu səsləndirdikləri fikirlərin təhrif edilməsini bildirirlər. Bəs siz necə fikirləşirsiniz?

- Bu sualı ilk dəfə mənə verən zaman bildirmişdim ki, hörmətli həmkarlarımız elə danışsınlar ki, onların fikirləri təhrif edilməsin. Elə etməlisən ki, jurnalist bunu istəsə də edə bilməsin. Elə danışmalıyıq ki, jurnalistlər onu konteksdən çıxara bilməsin. Bəzi jurnalistlər gündəmdə qalmaq və işlədikləri saytı məşhurlaşdırmaq üçün belə ucuz sensassiyadan istifadə edirlər. Məsləhət görərdim ki, hörmətli həmkarlarımız fikirlərini səsləndirən zaman diqqətli olsunlar.

- Cənab prezidentimiz tərəfindən tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu sərəncamlar təhsildə hansı inkişaflara səbəb olacaq?

- Cənab prezidentimiz bununla bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlar elmin və təhsilin inkişafında çox ciddi rol oynayacaq, ali məktəblərdə sağlam və ciddi rəqabət gedəcək. Kim daha yaxşı oxuyursa yüksək təqaüd, hətta onların bəziləri prezident təqaüdü alacaq. Əgər yüksək qiymətlə oxuyursa fərqlənmə diplomu ilə ali məktəbi bitirir. Prezident təqaüdü ilə oxuyursa bu ona daha yüksək imkanlar yaradır. İşə götürüləndə də bu şəxslərə üstünlük veriləcək. Məncə, tələbələrin, magistirlərin, doktorantların təqaüdünün artırılması yüksək səviyyəli mütəxəssislərin hazırlanmasılə bərabər, elmin inkişafına da əhəmiyyətli təsir göstərəcəkdir.

- Hər zaman pensiyalar və maaşlar artırılsa da insanları qane etmir. Onlar artımı hiss etmədiklərini bildirirlər. Bu barədə fikirlərinizi bilmək istərdik?

- Minimum pensiya 116 manatdan 160 manata qaldırıldı. Verilən məlumata görə, bu, yüz minlərlə pensiyaçılara şamil ediləcək. Biz büdcəni və Azərbaycanın maddi imkanlarını da nəzərə almalıyıq. Xalqımızın maddi vəziyyəti və yaşayışı daha da yüksək olmalıdır. Ölkə prezidentinin siyasəti buna köklənib. Ancaq imkanlar ölçüsüz deyil. Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi işğal altındadır və büdcəmizin xeyli hissəsi ordu quruculuğuna, silahlı qüvvələrin maddi - texniki bazasının güclənməsinə xərclənir. Tam əminəm ki, dövlət gücləndikcə, imkanları çoxaldıqca xalqımızın həyat səviyyəsi də yüksələcəkdir.

- Fəzail bəy, elə adam olur ki, illərdir işləyir. Lakin pensiya almağına bir neçə ay qalmış vəfat edir. O pulların aqibəti necə olur?

- Maraqlı sualdır. Təbii ki, o yığılan pullar Sosial Müdafiə Fondunda qalmalı deyil. O pullar vəfat edən şəxsin varisinə verilir.

- Uzun müddətdir Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Bu məsələdə bəzi Beynəlxalq təşkilatlar ölkəmizə qarışı ikili münasibət bəsləyirlər. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların köməyindən imtina etməlidirmi?

- Biz əsrlər boyu erməniləri himayə edən güc mərkəzlərinin hərtərəfli yardımı və köməyilə torpaqlarımızı itirə-itirə gəlmişik. Bugünki Ermənistan qədim Azərbaycan torpaqlarıdır. 17 yaşına kimi Zəngəzurda yaşamışam. Orta məktəbi bitirəndən sonra Bakıya gəlmişəm. Bizim yaşadığımız rayonda bir dənə də olsa erməni toponiminə rast gəlmək mümkün deyildi. Hər biri türk sözləri idi. Bu torpaqları biz itirmişik. Ermənilər dövlətlərini yaratmaq üçün xristian amilinə sökənərək güclü dövlətlərin köməyi ilə xalqımıza qarşı vəhşilik törətməklə torpaqlarımızı işğal ediblər. Güc mərkəzləri işğal edilmiş torpaqlarımızın qaytarılmasına nəinki maneəçilik törədillər, hətta Azərbaycanı məcbur edirlər ki, o torpaqları ermənilərə verək. Biz işğal olunmuş torpaqlarımızdan heç zaman imtina edən deyillik. Bu gün Azərbaycanın İlham Əliyev kimi iradəli, qətiyyətli və güclü prezidenti var. Prezidentimiz xalqımızın iradəsinə söykənərək torpaqlarımızı işğaldan azad edəcəkdir. Buna zərrə qədər şübhə ola bilməz. Minsk qrupunun üzvləri erməniləri himayə etməkdədi. Lakin zamanında Ulu Öndərimiz və prezidentimiz Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirə biliblər. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş ərazisinin işğalçılardan azad olunması haqqında qətnamələri var. Hələlik torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışırıq. Erməniləri blokada rejimi çökdürməkdədir. Ölkə prezidentinin apardığı siyasət Ermənistanda vandal, vəhşi və kriminal rejim tarixin zibilliyinə göndərdi. Ordumuz torpaqlarımızı azad etmə gücünə malikdir. 2016-cı il Aprel döyüşləri bunu sübut etdi.

- Bu gün bir məmur işdən çıxan zaman onun mülkləri və milyonları barəsində mətbuatda məlumatlar gedir. Yaxşı olmazdımı bəzi məmurların işinə zamanında nəzarət edilsin?

- Əlbəttə, yanaşma doğrudur. Bunun üçün mövcud "Deklarasiya haqqında" qanun işlək olmalıdır. Hər bir məmur gəliri haqqında məlumat təqdim etməlidir. Əgər məmur illik gəliri barəsində məlumat versə söz-söhbətlərə ehtiyac qalmaz. 2018-ci ildən korrupsiya və rüşvətxorla bağlı daha ciddi mübarizə aparılır, əhəmiyyətli addımlar atılır, rüşvətxorluğa və korrupsiyaya yolverən şəxslər məsuliyyətə cəlb edilir. İnanıram ki, yaxın zaman kəsiyində bu tip problemlər aradan qaldırılacaq.

- Bu yaxınlarda partiya sədrliyindən gedəcəyiniz haqqında açıqlama vermişdiniz? Sizdən sonra partiyaya kim sədrlik edəcək?

- Bəli, söyləmişdim ki, zamanı gələndə partiya sədrliyindən gedəcəm. Demirəm ki, sabah gedəcəm. Zamanı gələndə məni əvəzləyən olacaq. Hələlik siyasətdə varam və yaxınlarda siyasətdən getmək haqqında düşünmürəm.

- Bir çox həmkarların maaşlarından narazıdır? Bəs siz? Maaşdan əlavə biznesiniz varmı?

- Mən maaşımdan narazı deyiləm. Həyat yoldaşımla mənim maaşım və pensiyamız 4000 manata yaxındı.

- Bir müddət öncə səhhətinizdə problem yaranmışdı. Siz sağlamlığınızı Azərbaycan həkimlərinə etibar edirsiniz yoxsa xarici?

- Şükür, gördüyünüz kimi artıq səhhətim yaxşıdır.

- Milli Məclisdə dostluq etdiyiniz deputatlar kimlərdir?

- Hörmət etdiyim və xətrini istədiyim millət vəkilləri var. Baxışlarından aslı olmayaraq bütün deputatlarımıza hörmətlə yanaşıram. Ancaq fəaliyyətini saxta və konyuktura üzərində quranlara münasibətim pisdi.

- Seçiciləriniz daha çox hansı problemləri Milli Məclisdə qaldırılmağınızı xahiş edir?

- Artıq 2 ildir ki, seçicilərimdən, demək olar ki, şikayət almıram. İlk öncə cənab prezidentimizin bölgələrin inkişafına xidmət edən siyasəti şikayətləri xeyli dərəcədə azaldıb. İnsanlar bir qayda olaraq nədən şikayət edir? Qazdan, işıqdan, sudan, ədalətsizlikdən, pensiyadan, işsizlikdən. Bütün bu problemlər demək olar ki, aradan qaldırılıb. Salyan rayonunda icra başçısı ilə sakinlər arasında sağlam münasibətlər hökm sürür. İcra başçısının əhalinin problemlərinə diqqətlə yanaşması və onları dərhal həll etməsi gələn şikayətləri xeyli sayda azaldıb. Köməkçim Salyanda yaşayır. Ona edilən müraciətlərə, mənimlə seçicilərim arasındakı təmaslarda deyilən şikayətlərə dərhal reaksiya verilir, mümkün köməkliklər göstərilir.

- Pensiya və ya maaş artırılan zaman ərzaq məhsulların da qiyməti bahalaşır. Bu süni qiymət artıranlarla hansı mübarizə mexanizmi seçilməlidir?

- Təəssüf ki, bu cür hallar var. Onları ictimai qınağa çəkmək lazımdır. Bu baxımdan jurnalistlərin böyük rolu var. Hansısa bir marketə gedən zaman əgər orada qiymət artımı varsa onu qabartmaq, ictimai rəyə gətirmək lazımdır. Bununla bağlı səlahiyyətli struktur var. O, süni qiymət artımına qarşı mübarizə aparır, qiymət artıranlar qanunvericiliklə cəzalandırılır.

- Bir neçə həmkarınız ictimai nəqliyyatdan istifadə edir. Bəs siz ictimai nəqliyyatdan istifadə edirsinizmi?

- Xeyr, ictimai nəqliyyatdan, demək olar ki, istifadə etmirəm. Maşınım var. Həyat yoldaşım həmin maşından istifadə edəndə taksiyə müraciət etməli oluram.

- 2 oğlunuz və bir qızınız var. Onlar ixtisas seçimində müstəqil olublar, yoxsa sizin istəkləriniz də nəzərə alınıb?

- Bir qayda olaraq birgə müzakirələrdən sonra qərarlar qəbul olunub. Kiçik oğlum respublika üzrə tarix fənnindən qalib olmuşdu. O dövrdə həmin şəxslər qəbul imtahanı vermədən humanitar fənnlər üzrə universitetlərə tələbəlik hüququnu qazanırdılar. Oğlum tarix fakültəsinə daxil oldu. O, ikinci kursda bu ixtisas üzrə təhsil almaq istəmədiyini və universitetin beynəlxalq hüquq fakültəsinə dəyişmək istədiyini bildirdi. Müraciət edildi və fakültəsi dəyişildi. Bu bir misal idi və mən hər zaman övladlarımın seçiminə anlaqlı yanaşmışam.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtlarımda kinoya, sevdiyim verlişlərə baxıram, musiqiyə qulaq asıram, kitab oxuyuram. Bir ilə yaxındır ki, müsahibələrimi, məqalə və açıqlamalarımın üzərində işləyirəm. Onları kitab halında buraxmaq istəyirəm. Sağlıq olsun.

- Bu gün ailə problemlərinin efirlərə daşınması nə qədər doğrudur?

- Bu gün televiziyalarımızın inkişafı göz önündədir. Hər bir sahədə olduğu kimi televiziyamızda da inkişaf və təkmilləşmə gedir. Televiziyanı yaşatmaq üçün reklam lazımdır. Azərbaycanda reklam bazarı böyük deyil. Eyni zamanda Azərbaycan tamaşaçılarının öz zövqü var və telekanallar bunu nəzərə almağa məcburdular. Bu tip verilişlərə tamaşaçı sayı çox olduğu üçün, reklamlar da təbii şəkildə həmin verlişlər içərisində gedir. Reklam isə pul deməkdir. Pul olmadan da telekanalları efirdə saxlamaq mümkün deyil.

Aysel Yusifqızı

Fotolar: Leyla Mustafazadə

"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏ"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏ"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏ"Maaşımdan narazı deyiləm" - Azərbaycanlı deputat aylıq gəlirini açıqladı - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4255   Tarix: 19 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381