Yüksək vəzifədə olan deputatlar – Onların arasında dörd vəzifə daşıyanı da var

Yüksək vəzifədə olan deputatlar – Onların arasında dörd vəzifə daşıyanı da varV çağırış parlamentə seçilib, sonradan yüksək vəzifəyə təyinat alan və elə bu səbəbdən mandatını itirən deputatların sayı kifayət qədərdir. Bu sırada Mehriban Əliyevanı, Muxtar Babayevi, Rövşən Rzayevi, Fuad Muradovu, Vüsal Hüseynovu və digərlərini misal göstərmək olar.

Bununla yanaşı hazırda deputat mandatı ilə yanaşı digər yüksək vəzifə daşıyan məmurların da sayı kifayət qədərdir.

Azxeber.com hazırda deputat mandatı daşıyan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.

1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən deputat Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Son vəzifə təyinatına qədər Naxçıvan Ali Məclisi sədrinin köməkçisi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışan V.Talıbov beş çağırışdır Azərbaycan Milli Məclisinin deputatıdır.

2 saylı Şərur seçki dairəsini təmsil edən deputat İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Buna qədər Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb və və artıq üç çağırışdır Milli Məclisin deputatıdır.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsini təmsil edən deputat Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Buna qədər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyən S.Möhbalıyev artıq dörd çağırışdır Milli Məclisin deputatıdır.

8 saylı Binəqədi birinci seçki dairəsini təmsil edən deputat Azay Quliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Buna qədər Gənclər Təşkilatları Milli Şurasında rəhbərlik edən A.Quliyev artıq üç çağırışdır Milli Məclisin deputatıdır.

9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edən deputat Kəmaləddin Qafarov Milli Onkologiya Mərkəzinin direktor müavinidir. İxtisasca həkim olmasa da, mərkəzdə maliyyə və iqtisadi məsələlərə məsuldur. İlk çağırış Milli Məclisin deputatıdır.

13 saylı Xəzər-Pirallahı seçki dairəsini təmsil edən deputat Rauf Əliyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. Buna qədər "Neftçi" İdman- sağlamlıq Mərkəzinin sədri vazifəsində çalışan R.Əliyev artıq ikinci çağırışdır Milli Məclisin deputatıdır.

15 saylı Yasamal birinci seçki dairəsini təmsil edən deputat Ülvi Quliyev Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Son təyinata qədər "Gömrükçü" Sağlamlıq Mərkəzinə rəhbərlik edən Ü.Quliyev artıq üçüncü çağırışdır Milli Məclisin deputatıdır.

19 saylı Nərimanov birinci seçki dairəsini təmsil edən deputat Hikmət Məmmədov "Yeni Azərbaycan" qəzetinin baş redaktorudur. Mətbuatda Hikmət Babaoğlu təxəllüsü ilə məşhurdur və ilk çağırış Milli Məclisin deputatıdır.

20 saylı Nərimanov ikinci seçki dairəsini təmsil edən deputat Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. Bu təyinata qədər Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyən A.Əliyev üçüncü çağırışdır Milli Məclisin deputatıdır.

24 saylı Nizami birinci seçki dairəsini təmsil edən deputat Rövnəq Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin prezidentidir. Eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının rəhbəridir. Üçüncü çağırış Azərbaycan parlamentinin üzvüdür.

28 saylı Sabunçu üçüncü seçki dairəsini təmsil edən deputat Eldar Quliyev "Azərittifaq"ın sədri və Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Buna qədər "Azərittifaq"da sədr müavini işləyən E.Quliyev dördüncü çağırışdır Milli Məclisin deputatıdır.

62 saylı Saatlı seçki dairəsini təmsil edən deputat Əflatun Amaşov Mətbuat Şurasının sədridir. Buna qədər "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin sədri işləyən Ə.Amaşov ilk çağırış Milli Məclisin deputatıdır.

72 saylı Yardımlı – Masallı seçki dairəsini təmsil edən deputat Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur. Ölkəmizin qabaqcıl alimlərindən olan M.Qasımlı ikinci çağırışdır Milli Məclisin deputatıdır.

86 saylı İsmayıllı seçki dairəsini təmsil edən deputat Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Buna qədər "Azərağackağız" Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində işləyən N.Aslanov üçüncü çağırışdır Milli Məclisin deputatıdır.

93 saylı Bərdə şəhər seçki dairəsini təmsil edən deputat Gövhər Bəxşəliyeva AMEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur. Bundan öncə Milli Məclisin sədr müavini olan deputat üçüncü çağırışdır Milli Məclisin deputatıdır.

94 saylı Bərdə kənd seçki dairəsini təmsil edən deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin sədridir. Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan yeni qurum ölkədə ictimai rəyin öyrənliməsini həyata keçirəcək. Z.Oruc dördüncü çağırışdır Milli Məclisin deputatıdır.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsini təmsil edən deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Buna qədər Körpü tikinti kombinatının baş direktoru işləyən A.Vəliyev ikinci çağırışdır Milli Məclisin deputatıdır.

107 saylı Qazax seçki dairəsini təmsil edən deputat Kamran Nəbizadə Azərbaycan Sənaye Korporasiyası baş direktorudur. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Neft Şirkəti və Energetika Nazirliyində məsul vəzifələr tutan K.Nəbizadə ilk çağırış Milli Məclisin deputatıdır.

116 saylı Qəbələ seçki dairəsini təmsil edən deputat Fəttah Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədridir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışan F.Heydərov altıncı çağırışdır Milli Məclisin deputatıdır.

119 saylı Ağdam kənd seçki dairəsi təmsil edən deputat Bəxtiyar Sadıqov rəsmi "Azərbaycan" qəzetinin baş redaktorudur. Eyni zamanda Mətbuat Şurasının və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu İdarə Heyətinin üzvü olan B.Sadıqov dördüncü çağırışdır Milli Məclisin deputatıdır.

123 saylı Kəlbəcər seçki dairəsini təmsil edən deputat Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədridir. Bu təyinata qədər "Azəryolservis" ASC-yə rəhbərlik edən deputat eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidentidir. Üçüncü çağırışdır Milli Məclisin deputatıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 611   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147