"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləri

"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləriBir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Surə Kərimova dindirilən zaman deyib ki, "Azadlıq" prospektində mağazası olub. O, geyim malları satdığını və Sevinc Mirzəyevanı da müştəri kimi tanıdığını deyib.

Surə Kərimova qeyd edib ki, təqsirləndirilən şəxs bir neçə dəfə ondan alış-veriş edib və bundan sonra da aralarında münasibət yaranıb: "Nisyə də mal götürürdü. Bir müddət sonra gətirib pulunu ödəyirdi. Mənə yaxınlıqdakı binada yaşadığını deyirdi. Həmin bina da əlillər üçün verilmişdi. İki oğlunun olduğunu bilirdim. Münasibət yaranandan sonra Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini dedi. Söylədi ki, əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradılıb. O, fonda rəhbər təyin edildiyini də söyləyirdi. Özünü nazirlərdən birinin yaxın qohumu, etibar etdiyi adamı kimi də təqdim edirdi".

Surə Kərimova ifadəsinin davamında qeyd edib ki, Sevinc Mirzəyeva əlillər üçün tikiləcək binada tanışlarına ev vermək imkanı olduğunu, həmçinin pensiya düzəldə biləcəyini də söyləyirmiş.

Zərərçəkmiş pensiya düzəltmək üçün Sevinc Mirzəyevaya pul verib: "Mənə pensiya düzəltmək üçün 3 min manat istədi. Mən də əvvəlcə 2 min verdim. Sonra da 250 manat verdim. Cəmi 2250 manat vermişəm".

Zərərçəkmiş Surə Kərimovaya verilən suallardan məlum olub ki, onun yaxın ailə üzvləri də zərərçəkmişdir. S.Kərimova kürəkəni Taleh Quliyevin əlillər üçün tikilən binadan ev almaq və gömrükdə işə düzəlmək məqsədi ilə Sevinc Mirzəyevaya pul verdiyini deyib.

Qeyd edib ki, Sevinc Mirzəyeva kürəkənini gömrüyə işə düzəltmək üçün 10 min istəyib: "Sevinc ilk olaraq işə düzəlmək üçün lazım olan sənədlərlə birlikdə 2 min manat lazım olduğunu deyib. Sonra bildim ki, həmin 2 minin əvəzinə kürəkənim ona mal verib. 1500 manatlıq kondisioner və 500 manatlıq geyim əşyaları verilmişdi".

Surə Kərimovanın dindiriıməsindən sonra maraqlı məqamlar üzə çıxıb. Hakim xatırladıb ki, ötən prosesdə Sevinc Mirzəyeva ifadə verən zaman bu işlərin günahkarı kimi Surə Kərimovanı göstərib. Sevinc Mirzəyeva deyib ki, Surə Kərimova onun adından istifadə edib və bir neçə nəfərdən pul alıb.

"Surə məni öz qohumlarına DTX işçisi kimi təqdim edib. Çünki özü deyirdi ki, qohumları ona inanmır. Buna görə də mənim adımdan istifadə edib pul alıb. Mən heç kimə pensiya düzəltmirdim"- deyə Sevinc Miryeva qeyd edib.

Surə Kərimova isə deyilənlərin yalan olduğunu söyləyib: "Mən elə söz deməmişəm. Onun DTX-da işləmədiyini mən öyrənmişəm. Orada tanışlar var idi. Öyrənəndə dedilər ki, Sevinc Mirzəyeva adlı işçi yoxdur. Onu öyrəndim ki, Sevinc alim Faiq Mirzəyevin qızıdır".

Bundan sonra Sevinc Mirzəyeva danışıb və Surə Kərimovanın ünvanına ittihamlar səsləndirib: "Surənin oğlu Vergilər Nazirliyində işləyirdi. "Topaz"da 130 min uduzduğuna görə işdən çıxarmışdılar. Borcluların əlindən oğlunu bağda gizlədirdi".

Məhkəmədə digər zərərçəkmiş Alimə Məmmədova da ifadə verib. Alimə Məmmədova deyib ki, Sevinc Mirzəyevanı mağazada işləyən Surə Kərimova vasitəsi ilə tanıyıb: "Mən müştəri kimi Surənin mağazasına gedirdim. Uzun zaman idi, onu tanıyırdım. Mənim qardaşım Qarabağ döyüşçüsüdür. Ona pensiya düzəltmək istəyirdim. Qardaşım bu vaxta qədər imkan vermirdi ki, ona pensiyası alaq. Deyirdi ki, pensiya almaq üçün döyüşməyib. Artıq vəziyyəti ağırlaşıb. Bir gün Surənin mağazasına gələndə onun telefonla danışdığını gördüm. Çox sevinirdi. Danışığını bitirdi və biz söhbət elədik. Söhbət qardaşımın xəstəliyindən düşdü. Mənə qardaşıma pensiya düzəltməyi təklif elədi. Sevincin bu işu görəcəyini dedi. Mən də razılaşdım".

Alimə Məmmədova suallara cavab verərkən məlum olub ki, o, qızına, qayınanasına da pensiya düzəltmək, əlillər üçün tikilən binadan ev almaq üçün də pul verib. Onun ümumilikdə 19500 manatı Sevinc Mirzəyevaya verdiyi məlum olub. Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, Sevinc Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir. Sevinc Mirzəyevanın əməli məhkəmə istintaqında sübuta yetirilərsə, onu üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2059   Tarix: 17 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505