Bakıda kütləvi maliyyə fırıldağı - Zərərçəkmişlərin sayı yüzlərlədir

Bakıda kütləvi maliyyə fırıldağı - Zərərçəkmişlərin sayı yüzlərlədirHər şeyim əldən gedib, ailəm və özüm ölümlə təhdid olunmuşam.

BiG.AZ bildirir ki, "Yeni Müsavat"ın redaksiyamıza müraciət edən Bakı şəhər sakini Faiq Məmmədov maliyyə fırıldağının qurbanı olub.

Əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışdığını qeyd edən Faiq Məmmədov bildirir ki, ümumi tanışlar vasitəsilə ilə 2016-cı ildə tanış olduğu və özünü sahibkar kimi təqdim edən Bayramov Fuad Sabir oğlu bizneslə məşğul olduğunu bildirərək onu həmin biznesə investisiya qoymağa dəvət edib.

F.Məmmədov yazır: "Həmin şəxs özünü yüksək vəzifəli dövlət məmurunun adamı kimi təqdim etmiş, həmin vəzifəli şəxsə məxsus olan tikinti şirkətinin ("MƏK-AN" MTK) təchizatçısı olduğunu, Fəqan və Ramin (həmin şirkətin təchizat müdiri Rüstəmov Ramin Pənah oğlu) adlı şəxslərlə birlikdə təchizat işi ilə məşğul olduğunu bildirərək onların etibarını əldə edib. Fuad Bayramov vəzifəli şəxsə bağlı olan obyektlərin adlarını çəkir və bəzilərimizi həmin yerlərə apararaq icra olunan işlərlə tanış edirdi. Nəticədə 2016-cı ilin aprel ayından 2017-ci ilin sonuna qədər biz ona müxtəlif layihələr üzrə vəsaitlərimizi etibar etməyə başladıq. Aramızda olan müəyyən şəxslər vəsaitləri toplayaraq Fuad Bayramova təqdim edirdi. Sonuncu isə layihə bitdikdən sonra gəlirlə birlikdə vəsaiti geri qaytarırdı. 2017-ci ilin sonu Fuad Bayramov daha iri həcmli, qısa müddətli və gəlirli layihələr (bina tikintisi və təchizat işləri) təklif etdiyindən və daha çox vəsait lazım olduğunu bildirdiyindən, eyni zamanda uzun müddət formalaşmış etibara əsasən əlimizdə olan bütün vəsaiti ona etibar etdik. Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun "MƏK-AN" MTK-da qalması bəhanəsi ilə ödənişi ləngitdi. Daha sonra isə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini bildirdi. Həmin məbləğin hamısının bir dəfəyə "yoxa çıxması"nın ağlabatan olmaması və ümumiyyətlə, o qədər pulun hansı şəraitdə və səbəblərdən "yoxa çıxması" ondan soruşulsa da, o, bu suallara cavab olaraq gah şirkətdən pul gözlədiyini bildirir, sonda isə pulu "batırdığını" qeyd edərək konkret cavab vermirdi.

Beləliklə, 100-ə yaxın ailənin dələduzluq yolu ilə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları pulu ələ keçirilmiş və insanlar çox pis bir vəziyyətə salınmışlar. Nəticədə, zərərçəmişlər məsələnin həll olunmamasını görərək Daxili İşlər Nazirliyinə şikayət etmiş və şikayət əsasında Bayramov Fuad Sabir oğlu 2018-ci il mart ayının 31-də AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 178.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb, istintaqa cəlb edilib, Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib".

F.Məmmədov daha sonra yazır: "Lakin 1 ilə yaxın davam edən istintaq müddətində zərərçəkmişlərə vurulmuş zərər geri qaytarılmayıb. İstintaq, ümumiyyətlə, zərərçəkmişlərin dairəsini, zərərin məbləğini, qanunsuz yolla əldə edilmiş vəsaitin hara xərclənməsini müəyyən etməmiş, ən azı bu barədə zərərçəkmişlərə bugünədək heç bir məlumat verməmiş, onları zərərçəkmiş kimi tanımayıb. Bu azmış kimi ilk dəfə 2018-ci ilin iyul ayında, daha sonra oktyabr ayında, sonuncu dəfə isə bu ilin yanvar ayında BMCMİ-nin vəsatəti ilə Fuad Bayramov həbsdən ev dustaqlığına buraxılıb. Hazırda Fuad Bayramov azadlıqda rahat gəzir, bizim pulumuzun qaytarılması üçün heç bir iş görmür. İstintaq isə buna göz yumur. Fuad Bayramovu nadir hallarda da olsa tapa bilən zərərçəkmişlər ondan pul barəsində soruşduqda isə o, replika ataraq pulların onda olmadığını bildirir. Onun bu replikaları, AR Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə xüsusilə ağır cinayətdə ittiham olunmasına baxmayaraq əlini-qolunu sallayaraq azadlıqda gəzməsi, indiyədək zərərin cüzi də olsa geri qaytarılmaması, istintaqın olduqca passiv aparılması bu işin arxasında doğrudan da böyük məmurların dayandığını güman etməyə əsas verir".

F.Məmmədov bildirir ki, qarşı tərəf onu hədələyir, ölümlə təhdid edir: "Söhbət 100-ə yaxın ailənin, yəni yüzlərlə şəxsin taleyindən, həyatından, dolanışığından gedir. Mənim hər şeyim əldən gedib, ailəm və özüm ölümlə təhdid olunmuşam. Aldadılmış insanlar stress içindədir, onların bütün var-yoxu əldən gedib, insanlar öz borc, kredit və digər öhdəlikləri yerinə yetirə bilməmək səbəbindən öz yeganə əmlaklarını satır. O cümlədən ailələr övladlarının təhsillə bağlı xərclərini ödəyə bilməməsi ciddi sosial problemlər yaradıb. 3 nəfər vəsaitin olmaması səbəbindən müalicə ala bilməyib və dünyasını dəyişib. Dünyadan köçmüş şəxslərin yerdən götürülməsi üçün onların sahibi olan zərərçəkmişlər vəsaitinin olmaması səbəbindən borclu olduqları halda yenidən borca girib. Aldadılmış insanların bəziləri intihar həddinə gəlib çatıb. Həmçinin aramızda 2 xərçəng xəstəsi, 1 ağır xəstə var ki, onların kritik vəziyyətlərini heç cür həll edə bilmirik".

F.Məmmədov yazır ki, zərərçəkmişlərdən pulu alıb Fuad Bayramova verdiyi üçün mənəvi məsuliyyət onun üzərindədir: "Zərərçəkmişlərin sayı yüzlərlədir. Xahiş edirəm qeyd olunan faktların ciddi şəkildə araşdırılması, zərərçəkmişlərə vurulmuş zərərin tam məbləğdə geri qaytarılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi dövlət başçısının diqqətinə çatdırılsın. Əlavə olaraq bildirim ki, zərərçəkmişlərin sayı qeyd olunan məbləğlə yekunlaşmır. Ancaq mənim digər dostlarıma və yaxınlarıma vurulmuş zərər, qeyd olunan məbləğ daxil olmaqla 9 mln ABŞ dolları dəyərindədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1523   Tarix: 17 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 658
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 665
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 58
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 73
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 273
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 74
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 797
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 161
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 1048