Günayla Azər arasında nə baş verir? - VİDEO

Günayla Azər arasında nə baş verir? - VİDEOPopulyar müğənni Günay İbrahimli ilə ATV- də yayımlanan "Yoxlama" verlişinin aparıcı Azər Zahid arasında bir müddət öncə gərginlik yaranıb. Qalmaqala səbəb aparıcının "İnstaqram" səhifəsində müğənni ilə bağlı iki başlı paylaşım olub.

Azər illər əvvəl Günayla şəklini yayaraq "Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim... Şou-biznesimiz inkişaf edir" şərhini yazıb.

Günay İbrahimli Oxu.Az-a bu və digər məsələlərlə bağlı açıqlamalar verib:

- Günay xanım, aparıcı Azər Zahidlə aranızda nələr yaşanır ?

- Mənim aparıcı Azər Zahid ilə heç bir yaxınlığım yoxdur. Şou-biznesə gələndən və onu tanıyandan həyatımda 2 və ya 3 dəfə rastlaşmışam. Azərin sosial şəbəkədə paylaşdığı şəkil illər öncə çəkilib. Bir sözlə arxiv fotodur. Yadıma gəlir ki, ATV-də onun bir verlişi yayımlanırdı. Mən də o proqramda qonaq qismində iştirak edirdim. O foto elə məhz o verilişdə lentə alınıb. Fotonu mənə yolladılar ki, bax gör Azər nələr yazıb. Aparıcının fotoya yazdığı rəy isə ikibaşlıdır.

Azər mənə sosial şəbəkə ilə mesaj yolladı, mən də elə onun cavabını orada verdim ki, yazdığı rəyə aydınlıq gətirsin. Çünki yazıb ki, "Şou-biznesimiz inkişaf edir". Niyə başqa bir müğənninin şəklini paylaşmadı, durub mənimlə olan fotonu paylaşdı? Onunla mənim sözün həqiqi mənasında heç bir səmimiyyətim yoxdur. Heç mənim şəxsi nömrəmi belə bilmir bu insan.

Azər mənim prodüsserimə zəng vurub. Cavab olaraq dedim ki, mən onunla telefon vasitəsi ilə danışmayacağam. Necə o mənə internet (sosial şəbəkə - red.) vasitəsi ilə söz yollayıb, mən də ona elə həmin yolla cavabı vermişəm.

- Həmkarlarınız mahnılarınızı "maşap"larda oxuyur. Sizin buna reaksiyanız...

- "Maşap"lardan danışmayın. Biz sözlə biabırçılıqdır. Yeni gələn ifaçılar tanınmağı asan yolunu tapıblar. Mənim mahnılarımı şou biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar və Arzu adlı bir xanım ifa edib. Onlar əlaqə saxlayıb "Dəlisiyəm gecənin" və "Qətran" mahnısının icazəsini istədilər. Mən də razılığımı verdim. İfa edə bilərlər, sadəcə keyfiyyətli iş kimi baxmıram. Düşünürəm ki, keyfiyyətli bir iş ortalığa çıxartmalıdırlar.

Mən Dj Roşkanın "maşap"ını bəyənirəm. Qalanlarını isə yox. Qeyri-peşəkar səviyyədə ifa edirlər.

- Sənət və yaradıcılığınızda nə yeniliklər var ?

- Yaxın zamanda yeni bir klipimiz işıq üzü görəcək. Klip isə yeni "Qram-qram" adlı mahnıya çəkilib. Mahnını çox bəyəndim. Klip də düşünürəm ki, uğurlu və gözəl alınıb.

- Sözügedən klipdə Lady Gaganın "Applause"dakı obrazını təkrarlamısınız?

- Onsuz da hər klipimdə kiməsə bənzədirlər. Klip çıxandan sonra hər hansısa saç düzümüm, geyindiyim libas və ya etdiyim hər hansısa hərəkətim dərhal yozulur. Deyirlər kimdənsə nəsə götürmüşəm və ya təkrardır. Bu normal bir haldır. Ukraynada çəkdirdiyim klip də söz-söhbətə səbəb oldu. Körpünün üstündə rəqs və ifam bir çox kliplərə bənzədildi. Artıq mən bunlara öyrəşmişəm. Təqdim edəcəyimiz yeni klipdə görüntüyə fəqli tərəfdən baxmışıq. Klipi təqdim edəndə inanıram ki, bəyənəcəksiniz !

Müğənni Günay İbrahimli ilə geniş videoreportajı təqdim edirik.

Günayla Azər arasında nə baş verir? - VİDEO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4112   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

TOP MP3