Həbs edilən dünya çempionunun anasından şok açıqlama: "Elə toy gününün birinci axşamı…"

Həbs edilən dünya çempionunun anasından şok açıqlama: "Elə toy gününün birinci axşamı…"Dünəndən etibarən əksər elektron media resurslarında Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanovun həbs olunması ilə bağlı xəbər yayılıb. A.Süleymanov cəmi iki ay müddətində nigahda olduğu həyat yoldaşını döyməkdə ittiham olunur. Qeyd edək ki, Anar Süleymanovun həyat yoldaşı da kikboks üzrə dünya çempionudur və həbs edilən çempionun tələbəsi olub.

A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

BiG.AZ bildirir ki, hazırda həbsdə olan çempionun anası Ziyafət Süleymanova Azinforum.az-a açıqlamasında oğlu barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. O, oğlu haqda məlumatların bəzi KİV-lərdə təhrif edildiyindən təəssüfləndiyini bildirib: "Anarın həyat yoldaşı ilə heç bir şəxsi qərəzi olmayıb. Əgər belə qərəz olsaydı, onda biz niyə xərc çəkib ona bahalı toy edirdik? Elə toy günün birinci axşamı biz Anarla həyat yoldaşı arasında ciddi mübahisənin yaradığını eşitdik. Səs-küyə mən çölə çıxdım. Onların həmin gün nə ilə bağlı dava etdiklərini öz qulaqlarımla eşitmişəm. (Ananın bu məsələnin detalları ilə bağlı söylədikləri incəlikləri etik qaydalara görə təqdim etmirik - red.) Mən qıza dedim ki, ona halallıq vermirəm. Ağlaya-ağlaya rayona getdim və bir ay orda qaldım. Toydan 15 gün sonra Anar xaricə getdi. Bu fakt onun pasportunda da əks olunub. Həmin müddətdə qızın anası və bacısı onunla birlikdə qalıb. Əgər Anar ona işgəncə verib, qapalı rejimdə saxlayırdısa, onda necə oldu ki, o hər gün öz evlərinə gedib? Anar işə gedəndən sonra anası qızı götürüb evlərinə qaçırıb. Əgər ona həqiqətən işgəncələr verilirdisə, onda niyə indiyə kimi evlərinə getmirdi? Neçə dəfə Anardan icazəsiz gözəllik salonlarına gedib. Bütün bu faktlar sübut edir ki, onların mediaya verdikləri məlumatlar ağ yalandı. Mən əməliyyat olunandan sonra, həmin qız gəlib evdə məni elə vurdu ki, yaramdan qan açıldı. Hətta həmin hadisə ilə bağlı mənim oğlum qoymadı ki, onu polisə verim. Həmin qızın psixoloji durumu normal deyil. Hazırda 28 may-da psixoloq yanına gedir. Mən təəssüf edirəm ki, bu cür adamın sözlərini əsas götürüb oğlumun haqqında pis məlumatlar yazırlar. Deyilənlərin hamısı iftiradır. Xahiş edirəm ki, onların hamını necə aldadtdığını yazasınız. O qız birinci öz valideynlərini, sonra bizi, ardınca polisi, indi isə siz mətbuat işçilərini aldadır. Mənim oğlum tanınmış idmançı və dindardı. Onun barəsində yalan danışanlar və yayanlar həm də Allah qarşısında günaha batırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5209   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

12:56 126
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

17:22 261
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 325
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 367
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

11:14 1855
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

22:53 0
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

21:45 42
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1935
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

22:10 0