"Mənə deyirdilər kim sənə qız verər?" - ATV-nin aparıcısı

"Mənə deyirdilər kim sənə qız verər?" - ATV-nin aparıcısı"Kiminsə qızını alanda necə ona deyəcəksən ki, mən radioda mahnı səsləndirirəm?".

BiG.AZ xəbər verir ki, bu sözləri faktor.az-a müsahibəsi zamanı radio sahəsində kifayət qədər uğur qazanan aparıcı Raqif Raufoğlu deyib. Müsahibədən kiçik hissəni təqdim edirik:

"Atam və qardaşım da jurnalistdir. Həmişə qardaşıma deyirdim ki, mənə kömək elə qəzetdə işləyim. Amma o həmişə bunun qabağını alırdı. Deyirdi ki, bu, iyrənc sahədir. Nə işin var burda? Sən get başqa iş gör. Deyirdim axı mən yaradıcı insanam. Onsuz da hara getsəm, bu işləri görəcəm. Özümü başqa sahədə görə bilmirdim. Elə oldu ki, qardaşım Amerikaya gedəndən sonra öz-özünə yolum açıldı. Bu yol radiodan keçdi. Bəlkə də, elə belə olmağı yaxşı oldu.

Radioya gəlməyə görə heç vaxt peşman olmamışam. Əksinə, necə deyərlər, mən radioya çılpaq gəlib, orda hər şeyini quran insanam. O vaxtı mənə deyirdilər ki, sən radioda gecə "dj" işləyirsən. Kiminsə qızını alanda necə ona deyəcəksən ki, mən radioda mahnı səsləndirirəm? Yəni kim sənə qız verər? Deməyim odur ki, ciddi yanaşmırdılar. Mən isə həmişə o insanlara deyirdim ki, sabah mənim bir çox uğurlu layihələrim ola bilər. Zamanı gözləmək lazımdır sadəcə.

Əvvəllər radioya çox da bağlanmaq istəmirdim. Düşünürdüm bir neçə ilə çıxıb gedəcəm. Bir gün elə oldu ki, Emin Musəvinin "Rəsmilər qeyri -rəsmi" verlişində redaktə işinə ehtiyac yarandı. Bir də qonaq tapmaq məsələləri... Mən o zaman deyirdim ki, sizin üçün hansı qonağı istəyirsiz, tapım gətirim (gülür). Mənə inanmadılar. İlk olaraq, akademik Mahmud Kərimova zəng elədim. Milli Elmlər Akademiyasinin prezidenti idi. Mahmud müəllim ünsiyyətə çox qapalı insan idi. Həm də o həmişə deyirdi ki, mən danışanda pis danışıram, ayıbdır. Mən 10 dəqiqə telefonda onu inandırdım ki, Mahmud müəllim siz burada lazımsız və bu çox önəmlidir. Bu, sizin illər sonra baxanda xatırlayacağınız ən gözəl veriliş olacaq. Elə oldu ki, həmin vaxt bu layihə artıq TV formatı üçün hazırlandı. Mən onu yenidən inandırdım ki, həmin verilişdə ailə üzvləri də iştirak etməlidir. Beləcə, mənə inamları artdı. Qonaq qismində mənə daha çətin adamlar tapşırdılar. Ən çətin qonaqlarımdan biri Abid Şərifov olub. Yadıma gəlir ki, iki nömrəsi var idi. Özümə dedim ki, uzağı "yox" deyəcək də. Buna cəhd eləməliyəm. Mən təklif edəndə dedi ki, verilişdə qonağın ailəsi də olur. İstəmirdi ailəsi görünsün. Mən də dedim, gəlin, sizin özünüzü çəkək. Dedi baxarıq, danışarıq. Mənə bir ümid verdi. Bir həftə sonra dedi və beləcə bir ay süründüm onun dalınca. Və bir gün zəng elədim. Sanki məqamına düşdüm. Dedi cəmi 15 dəqiqə vaxtım var. Gəlirsiz, gəlin. Mən ona dedim gəlin bir saat edək. Razılaşdı. Və həmin çəkiliş 3 saat çəkdi hətta o, qeyri-rəsmi tərəfinə də çəkildi. Bundan sonra xeyli səfirlər filan çəkdik və özümü bir daha orada kəşf elədim. Bəlkə bu bir istedaddır, bəlkə mən insanları daha doğru yolla inandıra bilirəm. "Yox" cavabı aldığım o qədər insanlar olub ki... Səməd Seyidov, Abdulla Gül və s... Bir sözlə, bütün cəhdləri etmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1719   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467