"Bu, Prezidentin iş prinsipinin ana xəttini təşkil edir" - Millət vəkili

"Bu, Prezidentin iş prinsipinin ana xəttini təşkil edir" - Millət vəkili"Son 15 ildə - prezidentliyi dövründə də İlham Əliyevin vətəndaşlara olan münasibəti dəyişməyib. Onlarla daim təmasda olur, söhbət edir, problemlərini dinləyir. Dünən Beyləqana təşkil edilən səfər də onun sosial siyasətinin bir parçası oldu".

BiG.AZ bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib.

Millət vəkili bildirib ki, cənab prezident regionlara səfərini nəzərindən qaçırmır və mütəmadi təşkil olunmasına diqqət edir:

"Ümumilikdə, Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının tərtib olunması, regionların inkişafı üçün tez-tez səfərlər gerçəkləşdirməsi, reallaşdırılmış hər bir layihənin həm həyata keçirilməsində, həm açılışında iştirak etməsi prezidentin diqqət yetirdiyi ən əsas məsələlərdəndir. Paytaxta geri qayıtdıqdan sonra sadə vətəndaşlardan dinlədiyi problemlərin dərindən araşdırılıb həlli üçün tapşırıqlar verməsi prezidentin iş prinsipinin ana xəttini təşkil edir. Biz görürük ki, prezidentimiz regionlara səfəri zamanı ən çox sakinlərlə görüşməyə üstünlük verir. Bu, İlham Əliyevin həyat fəaliyyətinin bir hissəsidir. Çünki o, daim bu addımları atıb. Hələ 1995-ci ildə Qaradağın millət vəkili olarkən belə təşəbbüslər irəli sürürdü. Mütəmadi olaraq Qaradağa gəlirdi, sakinlərlə ünsiyyətdə olurdu. Səmimi mehriban atmosfer yaradılırdı. Bu da cənab prezidentin şəxsi xarakterindən irəli gələn məsələlər idi. O, dövlət idarəçiliyi, prezident vəzifəsini icra etməklə yanaşı, öz xarakterik keyfiyyətlərini də ortaya qoymağı unutmur. Biz həm də onu gördük ki, sadə vətəndaşlar öz prezidentlərinə necə isti münasibət bəsləyirlər. Doğma, mehriban münasibətlə qarşılayırlar. Beləliklə, prezidentlə vətəndaşlar arasında səmimi ünsiyyət, qarşılıqlı ehtiram yaranıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 682   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568