Sevgililər Günündə evlənənlərin sayı - AZƏRBAYCANDA

Sevgililər Günündə evlənənlərin sayı - AZƏRBAYCANDADünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral - Müqəddəs Valentin Günündə bağlayırlar.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, Müqəddəs Valentin Günündə nikah bağlayanların sayına görə Hollandiya xüsusi yer tutur. 14 fevral həftənin cümə gününə təsadüf etdikdə isə həmin gün toy etmək istəyənlərin sayı daha çox olur. Məsələn, 2014-cü ildə Müqəddəs Valentin Günü həftənin cümə gününə təsadüf edib. Həmin il Hollandiyada 678 cütlük ailə qurub ki, bu say da fevral ayının digər cümə günlərində evlənənlərin orta sayından demək olar ki, 5 dəfə çox olub.

Moskva Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəisi Yelena Yefremova deyib ki, bu il 14 fevralda yalnız Moskvada 288 yeni ailə qurulacaq. Ötən il bu münasibətlə 325 ərizə qəbul edilmişdi.

Azərbaycanda Müqəddəs Valentin Gününün keçirilməsi ənənəsi çox geniş yayılmasa da, ölkəmizdə bu günün keçirilməsində maraqlı olan iş adamları ilə yanaşı, bu günün xüsusi şəkildə qeyd edilməsinə çalışan gənclər də var.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, son 5 il ərzində fevral ayında ən çox evlilik sayı 2014-cü ildə qeydə alınıb. Həmin ildə bağlanmış 84 912 nikahın 5894-ü fevral ayının payına düşüb.

2015-ci ildə bağlanmış 68 773 nikahın 5462-i, 2016-cı ildə 66 771 nikahın 4445-i, 2017-ci ildə 62 923 nikahın 4174-ü, 2018-ci ildə 62 484 nikahın 3736-sı fevral ayında qeydə alınıb.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci il fevralın 14-də Azərbaycanda 277, 2018-ci ildə isə 212 nəfər nikaha daxil olub.

Qeyd edək ki, statistik məlumatlarda fevralın 14-də evlənənlərin nikah günlərini məhz Müqəddəs Valentin Gününə görə təyin etdikləri açıqlanmasa da, onların arasında nikahlarını məhz həmin gündə bağlamaq istəyən gənclərin olması da istisna edilmir.

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru, dosent Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, Azərbaycanda Müqəddəs Valentin Gününün keçirilməsi düzgün deyil və bunun üçün geniş şəkildə təbliğat aparılmalıdır.

Sosioloqun sözlərinə görə, bu məsələdə KİV-lər, internet saytları xüsusi fəallıq göstərməlidirlər:

"Müqəddəs Valentin Gününün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bunu geniş şəkildə təbliğ etdikləri üçün həmin gün istər-istəməz kütləviləşir və insanların ona marağı artır".

14 fevral - Müqəddəs Valentin Gününün son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsindən təəssüflənən sosioloq əlavə edib ki, milli və dini baxımdan bu günün Azərbaycanın mədəniyyəti, adət-ənənələri, İslam dini ilə heç bir bağlılığı yoxdur: "Həmin gün xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür. Azərbaycanda bir qisim insanlar bu günü kor-koranə şəkildə qeyd edirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 405
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 591
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 118
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 715
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 138
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 352
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 151
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725