TQDK buraxılış imtahanları ilə bağlı yekun qərarını açıqladı

TQDK buraxılış imtahanları ilə bağlı yekun qərarını açıqladıAzərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanları ilə bağlı qərarını açıqlayıb. TQDK-dan verilən xəbərə görə, qərarda qeyd olunur ki, "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları" təsdiq olunsun.
Bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları isə aşağıdakı kimidir.
Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na uyğun olaraq Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası həmçinin Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir.

Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı qaydada çıxarılır: buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası. Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Buraxılış imtahanı
İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilən məlumatlar (verilənlər bazaları) əsasında formalaşdırılır. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfin¬dən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.
Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.
Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında ən azı bir fəndən (ana dili və riyaziyyat fənləri istisna olmaqla) qeyri-kafi qiymət alan, bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şagirdlərin biliyi qeyri-kafi qiymət aldıqları fənn üzrə həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qiymətləndirilir. Bu qaydaların bəndlərində qeyd edilən hallarda şagirdin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik və ya buraxılış imtahanının qeyri-kafi qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür. Eksternat qaydasında imtahana buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət götürülür.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran və buraxılış imtahanında ana dili və ya riyaziyyat fənlərinin biri üzrə qeyri-kafi qiymət alan və bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən şagirdlər buraxılış imtahanını yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə verirlər. Belə şagirdlərə yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 1 saat 15 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 45 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran və buraxılış imtahanında müxtəlif fənlərdən qeyri-kafi qiymət alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi üçün bu Qaydaların bəndlərində nəzərdə tutulan qaydalar birgə tətbiq edilir. Buraxılış və buraxılışdan əvvəlki siniflərdə fənn olimpiadalarının respublika turunda birinci yer tutduğuna, məktəblilərin dünya fənn olimpiadalarında, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışlarda iştirak etdiyinə, imtahanlar dövründə digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirakına, səhhətinə, sağlamlıq vəziyyətinə, tədris dilinə, xüsusi təhsil müəssisələrində təhsil aldığına görə müvafiq qaydada buraxılış imtahanından azad edilmiş şagirdlərin bütün fənlər üzrə attestasiyası bu Qaydaların bəndində nəzərdə tutulmuş qaydada aparılır.

Yekun müddəalar
Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Ümumi orta təhsil səviyyəsində imtahana buraxılan şagirdlərə illik qeyri-kafi qiymət aldıqları imtahan aparılmayan fəndən (fənlərdən) yay tədris tapşırığı verilir. Belə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən onların yay tədris tapşırığını yerinə yetirməsindən sonra aparılır.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında qeyri-kafi qiymət alan şagirdlər həmin fəndən (fənlərdən) buraxılış imtahanını payızda verirlər.
Ümumi orta təhsil səviyyəsində üzrsüz səbəbdən buraxılış və payız imtahanlarında iştirak etməyən, yay tədris tapşırığından və ya payız imtahanının ən azı bir fənnindən qeyri-kafi qiymət alan ümumi orta təhsil səviyyəsinin buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəsissələrində oxumalarına dair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Belə şagirdlər sonradan ümumi orta təhsil səviyyəsini eksternat qaydasında başa vura bilərlər.
Ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində payız imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada sentyabrın 15-dək bu qaydalar əsasında keçirilir.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan, buraxılış imtahanından ən azı bir fəndən qeyri-kafi qiymət alan, habelə üzrsüz səbəbdən imtahanda iştirak etməyən buraxılış sinif şagirdlərinə ümumi təhsil müəsissələrində oxumalarına dnair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır.
Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Buraxılış imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır: saxta sənəd təqdim etmək, imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək, imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək, səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, "İmtahan başlandı!" elan olunan andan 1 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək, nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində kömək üçün müraciət etmək, cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
Şagirdin bu Qaydaların bəndində göstərilən hərəkətlərə yol verməsi halları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6201   Tarix: 12 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək

"Vergi Məcəlləsi"nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizli

13.12.2025 183
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

00:13 141
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 0
.

Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib

13.12.2025 188
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13.12.2025 179
.

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer

13.12.2025 155
.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

01:19 107
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident

13.12.2025 133
.

TOP MP3