Avtomat ötürücülü "Khazar" satışa çıxarılır - QİYMƏT

Avtomat ötürücülü "Khazar" satışa çıxarılır - QİYMƏT
Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

“Azərmaş” İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq.

Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:

“Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz”.

O qeyd edib ki, bu il üç min ədəd “Khazar” avtomobilinin istehsalı nəzərdə tutulub:

“Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur”.(oxu)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1145 Tarix: 10.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol