Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər - Pakistanı lərzəyə gətirən qətl - FOTO - VİDEO

Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər - Pakistanı lərzəyə gətirən qətl - FOTO - VİDEOPakistanın Lahor şəhərində dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı ev qulluqçusu ev sahibi olan xanım tərəfindən qətlə yetirilib. Qətlin səbəbi odur ki, qulluqçu qız ev sahibinin qızının yeməyindən bir qaşıq götürüb, yeyib. Bundan xəbər tutan ev sahibəsi qulluqçuya hücum edib. Əlinə keçən dəmir çubuqla qulluqçunun başına çoxsaylı zərbələr endirib. Bir də görüb ki, qulluqçu ölüb...

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, meyiti yaxınlıqdakı kanalizasiya sularının axıdıldığı gölməçəyə atıblar. Bir müddət sonra qulluqçunun cəsədi aşkar edilib.

Hazırda Pakistanda ən çox müzakirə olunan məsələ bu bədbəxt qızın qatilinin cəzalandırılması ilə bağlıdır. Xüsusi ilə sosial şəbəkə istifadəçiləri aktivdir. Onların sayəsində bu hadisəyə beynəlxalq səviyyədə maraq yaranıb. Düşünün ki, Pakistanın baş naziri İmran Xan bu məsələ ilə bağlı " Twitter" atıb.

Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər - Pakistanı lərzəyə gətirən qətl - FOTO - VİDEOİstintaq müəyyən edib ki, Uzma adlı qulluqçu 8 ay əvvəl işə başlayıb. Mütəmadi şəkildə ev sahibəsi tərəfindən döyülüb, təhqirlərə məruz qalıb. İstintaq Uzmanın bədəninin digər yerlərində də köhnədən qalma yara və kəsik yerləri aşkar edib.

Son dərəcə qəddar olan ev sahibəsi çalışdığı müddətdə qulluqçu qızın öz ailəsi ilə görüşməsinə, hətta onlarla telefonla danışmasına belə icazə verməyib.

O da maraqlıdır ki, Uzmanı öldürən qadın sonra polisə gedib və öz qulluqçusunu oğurluqda suçlayıb. Uzmanın valideynlərini polis idarəsinə çağırtdırıb və onları yamanlayıb.

İstintaq zamanı evdən hamını şoka salan video-görüntülər üzə çıxıb. Həmin çəkilişlərdə döyülərək ölümün bir addımına gətirilmiş Uzma aydın görünür. Pakistanda insan və qadın haqları uğrunda mübarizə aparan qruplar həmin videonun araşdırılmasını tələb edir. Video harada, nə zaman çəkilib? Bu sualların cavabı istintaq üçün də önəmlidir.

Pakistan xalqını narahat edən əsas məslə odur ki, Uzmanın zülm və zoraklıqla öldürülməsi kimi hadisələr bu ölkədə tez-tez olur. Hətta 11-12 yaşlı uşaqlar da kimlərinsə evində qulluqçu qismində işləyir və oxşar münasibətlə qarşılaşır. Qəddarlıqla öldürülən uşaq-qulluqçular da az deyil.

Hazırda ev sahibəsi bu qətlin ört-basdır edilməsi üçün ona kömək etmiş iki qadınla birlikdə həbs olunub. Pakistan xalqı ölkədə həddi-buluğa çatmamış uşaqların bu kimi işlərə cəlb olunmasına etiraz edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2453   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188