Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı - FOTO

Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı - FOTOSon günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­ib, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DSX-dən BiG.AZ-a verilən məlumata görə, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.

3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın "Lənkəran" sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və "dayan" əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram "kokos", 1 kq 55 qram "tir­yək", 105 qram "mari­xuana", həm­çinin 190 ədəd "tramol 225" mar­kalı həb, 175 ml "mydrax" mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın "Horadiz" sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı "dayan" əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr "heroin" narkotik vasitəsi və 1 ədəd "Bloԝ 2003 mini" markalı tapança aşkar edilərək götürülüb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən "dayan" əmri verilib, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaç­ıblar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr "ko­kos", 390 qr kristal şəklində narkotik maddə olan "he­roin", 360 qr "mari­xuana" və 71 ədəd "psixotrop həb" aşkar edi­lərək götürül­üb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İs­mayılov Ramil Ulduz oğlu saxlanılıblar.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı - FOTOSərhədi pozan 2 nəfər həbs edildi, 4-ü geri qaçdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 353   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874