Azərbaycanlı diaspor sədri Almaniyadan QOVULDU

Azərbaycanlı diaspor sədri Almaniyadan QOVULDUAlman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Rəşad Quliyevin Almaniyadan deport edilib.

Bu barədə Almaniyada yaşayan soydaşlarımız məlumat verib. Məlumatda bildirilir ki, R.Quliyev hazırda Rusiyadadır və Avropaya getmək yollarını axtarır.

Bu, R.Quliyev haqda yayılan ilk belə məlumat deyil. Bundan öncə də R.Quliyevin Almaniyadan deport olduğu, Belçika pasportu ilə dolaşdığı, yalnız sənədlərində dəyişiklik etdikdən sonra Almaniyaya qayıda bildiyi haqda məlumat yayılmışdı.

Soydaşlarımız bildiriblər ki, R.Quliyevin Azərbaycan vətəndaşı olan şikayətçi İntiqam Əliyev və digərlərinin Almaniya XİN və Almaniya Miqrasiya İdarəsinə müraciətindən sonra deport edilməsinə qərar verilib.

Qeyd edək ki, Oğuz rayon sakini İntiqam Əliyev 2017-ci ilin yanvar ayında müraciət edərək, Rəşad Quliyevin onu aldatdığını və 12 min avro məbləğində vəsaitini mənimsədiyini bildirmişdi.

"Mənim oğlum Əliyev Rantik 3 il əvvəl Almaniyaya getmişdi. Nürnberq şəhərində yaşayırdı. Oğlum nevroloji xəstə olduğuna görə orada müalicə alırdı, dövlət də dəstək verirdi. Lakin bir müddətdən sonra alman hökuməti oğlumu heç bir səbəb göstərmədən deportasiya etdi.

Rantik ölkəyə gəldikdən bir müddət sonra yenidən Almaniyaya getmək istədi. Ancaq Avropadan deportasiya olduğu üçün heç bir ölkə viza vermirdi.

Biz ötən ilin (2016-cı il nəzərdə tutulur – red.) avqustunda Bakıda turizm şirkətlərindən birində çalışan Nərminə adlı xanıma müraciət etdik. O isə bu məsələdə Almaniyada yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan Rəşad Quliyevin bizə yardım edəcəyini dedi. Bildirdi ki, R.Quliyev bu işlərlə məşğul olur. Rəşad Quliyev ilə telefon vasitəsilə tanış olduq. O, oğlumun Almaniyada problemsiz qalacağına söz verdi və bu işin 24 min avroya başa gələcəyini dedi. Pulun yarısını indi, yarısını isə iş düzələndən sonra verməli idik.

Rəşad bizə dedi ki, ona vizanı alacaq, daha sonra Rantik orada Almaniya vətəndaşı olan bir qadınla saxta nikaha daxil olacaq və bu ölkənin vətəndaşına çevriləcək.

Oğlumun müalicə olunması naminə bu işə qol qoydum – 7550 və 6000 dollar olmaqla pulu 1 gün fərqlə Rəşad Quliyevin istəyinə uyğun olaraq onun Bakıda yaşayan anası Dünyaxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürdüm", - İ.Əliyev deyib.

R.Əliyevin Bakıda yaşayan anasının bank hesabına pul köçürmələrini əks etdirən qəbzləri də redaksiyaya təqdim edən İ.Əliyev bildirmişdi ki, bütün problemlər də bundan sonra başlayıb:

"Rəşad Quliev vəd etdiyinin əksinə olaraq, vizanı ala bilmədi və yaxud buna cəhd etmədi. Məsələ aylarla uzanandan sonra bu işin qurama olduğunu, bizə kələk gəlindiyini anladıq və pulumu geri istədim. Rəşad Quliyev isə heç bir halda pulu qaytarmayacağını dedi və artıq xeyli müddətdir telefon zənglərimizə cavab vermir".

İntiqam Əliyevin sözlərinə görə, Rəşad Quliyevlə əlaqə yaradan vasitəçi, AB Tour turizm şirkətinin əməkdaşı Nərminə Dadaşovaya təkrar müraciət edəndə o bildirib ki, R.Quliyev daha bir nəfəri aldadıb:

"Nərminə Dadaşova Rəşad Quliyevin dələduzluq etdiyini, hamını aldatdığını bildirdi və aldadılan digər şəxslə bizi tanış etdi. Biz birlikdə R.Quliyevin anasının evinə getdik. Orda pulumuzu tələb edəndən sonra R.Quliyev N.Dadaşova ilə əlaqə saxlayaraq, pulumuzun qaytarılacağına söz verdi. Ancaq aradan bir neçə gün keçəndən sonra məlum oldu ki, R.Quliyevin anası Dünyaxanım Məhərrəmova Bakıdakı evini satışa çıxarıb. O, evini tez-tələsik satıb, Almaniyaya qaçmaq istəyir".

İ.Əliyev bu dələduzluq əməli ilə bağlı artıq vəkil tutduğunu da bildirdi:

"O məbləği düzəltmək üçün evimi banka girov qoyub, pul götürmüşdüm. İndi bank evimi də əlimdən alır. Artıq vəkillə müqavilə bağlamışam".

İ.Əliyevin sözlərinə görə, R.Quliyev Almaniyada oturum izni alıb və buna görə də hüquq-mühafizə oprqanlarının ona heç nə edə bilməyəcəyini bildirir:

"Buna görə də hadisə barədə Daxili İşlər Nazirliyi ilə bərabər, Almaniyanın Azərbaycandakı səfirliyinə də müraciət göndərmişəm. Bu şəxs Avropada yaşamaq və işləmək adı ilə mənim kimi xeyli adamı aldadıb".

Qeyd edək ki, R.Quliyevlə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə Baş İdarəsi şikayət edildikdən sonra, R.Quliyevin anasının adına açılan hesabın olduğu rayona – Nizami RPİ-nə göndərilib.

Nizami RPİ-i isə kartdan vəsaitin Almaniyada çıxarıldığını bildirərək, araşdırmalara xitam verib.

mənbə: axar.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17.12.2025 293
.

Aytən Səfərova və qızı Ayza - FOTO

Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var

17.12.2025 510
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

10:33 74
.

Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb

17.12.2025 261
.

Görməzlikdən gəldiyimiz ölümcül təhlükə: Sinə ağrısı niyə təcili tibbi yardım tələb edir?

Sinə nahiyəsində qəfil yaranan ağrı və ya hətta danışıq zamanı hiss edilən yüngül nəfəs darlığı belə təhlükəli xəstəliklərin əlaməti ola bilər. xarici mediaya istinadən xəbər verir ki, sinə ağrısı insanların əksəriyyətinin çox vaxt məhəl qoymadığı geniş yayılmış bir əlamətdir. Lakin həkimlər xəbərdarlı

17.12.2025 246
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 61
.

Tramp xalqa müraciət etdi - Video

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar

10:23 83
.

Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)

Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub. APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib. Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib. İlkin ehtimala görə o, ürək tutmas

17.12.2025 385
.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 53
.

TOP MP3