"Eurovision 2019" təmsilçimizin adı martda açıqlanacaq" - Hüsniyyə

"Eurovision 2019" təmsilçimizin adı martda açıqlanacaq" - HüsniyyəAzərbaycanın "Eurovision" Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı bir sıra sualları cavablandırıb.

Axşam.az qısa müsahibəni təqdim edir:
- "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə necədir vəziyyət?

- İctimai Televiziya "Eurovision 2019" yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq həyata keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından 4-ü finala vəsiqə qazanıb. Həmin 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.

- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?

- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli və eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dən çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə "Eurovision" yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı, Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan müəlliflər də öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-si, yəni bu günün sonuna qədər [email protected] ünvanına öz mahnılarını göndərə bilərlər.

- Ən yaxşı mahnı və təmsilçinin seçimi necə müəyyən olunacaq?

- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı 4 finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.

- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?

- Təmsilçinin kimliyi martdan tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə "Eurovision"la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.

- "Eurovision 2019"dakı səhnə tərtibatı haqqında hər hansısa detalları deyə bilərsinizmi?

- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə də mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz "Eurovision 2019" səhnəsində müasir və tam yeni bir performans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 515   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310