"Bakı Telefon Rabitəsi"nə 40 min manatlıq ziyan vuruldu

"Bakı Telefon Rabitəsi"nə 40 min manatlıq ziyan vurulduSon zamanlar "Bakı Telefon Rabitəsi" MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, satış və mənfəət əldə etmək məqsədi ilə BTR MMC-nin balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri də oğurlanır.

Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir. Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR MMC-yə 40484,54 AZN dəyərində maddi ziyan dəyib.

Qurumun xidməti ərazilərində yerləşən KKQ-na gün ərzində əraziyə təhkim olunmuş texniki heyət nəzarət etdiyindən oğurluq halları, əsasən, qeyri-iş saatlarında qeydə alınır. Bu cür hallarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilib.

Ötən ildən etibarən Sabunçu Rayon Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsi tərəfindən qeydə alınan 80 cinayət hadisəsi üzrə 76 ədədi oğurluq, 4 ədədi oğurluğa cəhd kimi qiymətləndirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

TOP MP3