Kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqsınız - ŞƏRTLƏR

Kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqsınız - ŞƏRTLƏRÖlkə prezidenti "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını" təsdiq edib.

BiG.AZ xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov yeni qaydanı şərh edib. Ekspert bildirib ki, bu, ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir:

"Yəni, ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı həmçinin evləri kirayə götürmək hüququna malik olacaqlar. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər".

Ekspert, formalaşmaqda olan kirayə mənzil fondu ilə bağlı ən vacib məqamlara toxunub və şərtləri izah edib:

1. Kirayə mənzilin verilməsi mexanizmi necə olacaq?

İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillər kirayə veriləcək. Vətəndaşlarımız fondun təklif etdiyi şərtlər ilə mənzili kirayəyə götürmək imkanı qazanacaqlar. Bu zaman mənzillərin aylıq kirayə haqqları fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək.

2. Fond kirayə təklif etmək üçün vəsaiti haradan cəlb edəcək?

Qaydalara görə, fondun kapitalı və fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına evlər alınacaq. Qeyd edək ki, fondun nizamnamə kapitalı 466 milyon manatdır.

3. Kimlər kirayə mənzilə sahib ola bilər?

Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Mənzillərə sahib olmaq üçün mövcud sənəd başqa şərtlər müəyyənləşdirməyib. Bu o deməkdir ki, ödəmə qabiliyyəti olan və borc öhdəliyi olmayan istənilən vətəndaşımız kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər.

4. Yaşayış sahəsinin qiyməti necə müəyyənləşəcək?

Qaydalara əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir.

5. Kirayə hansı müddətə bağlana bilər?

Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.

6. Kirayəçi mənzilə ən tezi hansı müddətdən sonra sahib ola bilər?

Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüqquna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

7. İlkin ödəniş tələb olunurmu?

Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

8. Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi?

Qaydalar, kirayəçiyə belə hüquq verir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyə verəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.

9. Kirayəçi dünyasını dəyişəndə müqavilə şərtləri necə icra olunur?

Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir.

10. Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi mümkündürmü?

Kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.

11. Fond hansı mənzilləri təklif edəcək?

Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.

12. Kirayə mənzillər ilə bağlı məlumatı haradan əldə etmək mümkün olacaq?

Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və "Elektron ipoteka və kredit zəmanət" sistemində yerləşdiriləcək.

13. Kirayə mənzilə sahib olmaq üçün necə müraicət etmək mümkün olacaq?

Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək.

14. Fondun razılıq verdiyi müqaviləyə nə zaman xitam verilə bilər?

Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman müqaviləyə xitam verilir.

15. Kirayə müqaviləsinin bağlanılmasından imtina edilmiş şəxs yenidən müraciət edə bilərmi?

Kirayə müqaviləsi bağlamaqdan imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.

16. Aylıq ödənişin məbləği necə hesablanacaq?

Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri əsasən hesablanacaq.

17. Ödənilmiş aylıq ödənişlər geri qaytarıla bilərmi?

Qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır.

18. Aylıq ödənişlər sabit rəqəm olacaqmı?

12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.

19. Kirayə mənzildə yaranan xərcləri kim ödəyir?

Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçirilir. Yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də kirayəçi ödəyir.

20. Kirayə müqaviləsinə hansı hallarda xitam verilir?

Kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir. Yəni, bu zaman artıq kirayəçi mənzilə sahib olur və "kupça" alır. Artıq o kirayə haqqı ödəmit. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Fond isə ödənişləri 60 gün və daha çox müddətə yubatdıqda, kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə müqaviləyə xitam verir.

21. Sığorta hadisəsi baş verəndə vəsait necə bölüşdürülür?

Sığorta ödənişi kirayəçi ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2785   Tarix: 29 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

17:00 107
.

Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı SƏRƏNCAM

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. "Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-c

15:52 122
.

Məşhur aktrisa ikinci dəfə ana olub?

Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla

17:23 119
.

Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü

18:30 1
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

13:18 415
.

Pezeşkianın qızı ilə kürəkəninin bu görüntüləri müzakirə yaratdı - Video

İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian və onun həyat yoldaşı Həsən Məcidinin Qazaxıstanda milli geyim salonunda çəkilmiş görüntüləri maraqla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, onların mağazanı ziyarət etməsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. İranda iqtisad

17:08 109
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

10:58 416
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 306
.

Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i

12:54 186
.

TOP MP3