"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar

"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - FotolarOranı hər kəs "Ağasəlimin çıldağı" adıyla tanıyır. Bu isə hamının tanıdığı meyxanaçı Ağasəlim Çildağın adı ilə bağlıdır. Maştağa qəsəbəsinin girişində kimdən soruşsanız, bu tanınmış ocağa gedən yolu sona qədər izah edə bilər. Qəsəbənin hər küçəsində "çildağ" yazılan ünvanlar olsa da, ən etibarlı, sınanmış ocaq "Ağasəlimin çildağı" hesab olunur.

Həftəiçi olduğundan adam az gözə dəyirdi. Burada qadınlarla kişilər isə ayrı otaqlarda müalicə edilir. Xanımları çildağ edən də məhz bu nəsildən olan və bu işi bacaran bir qadındır.

Tanınmış çildağçılardan olan Kərbəlayi Zülfüqar bizi qarşılayıb, bu ocağın tarixi, çildağın faydaları, tətbiqi və sairlə bağlı məlumat verdi.

Kərbəlayinin sözlərinə görə, bu ocaq 200 ilə yaxındır ki, fəaliyyət göstərir: "Bu bizə babalarımızdan miras qalıb. Ağasəlim Çildağ da bizim nəsildəndir, mən onun qardaşının nəvəsiyəm. Maştağada çildağ yerləri çoxdur. Ancaq onların əksəriyyəti adi insanlardır, bura isə əsl ocaqdır. İnsanlar bu ocağa şəfa tapmaq üçün gəlirlər".

Həmsöhbətim deyir ki, çildağın əsas mahiyyəti insanların canından qorxunu çıxartmaqdır: "Qorxu insanın ruhu ilə bağlı bir durumdur, onun kimyəvi dərmanlarla müalicəsi yoxdur. Qorxu insanın ruhunda, canında olur. Atalarımız demişkən, qorxunu qorxu ilə çıxararlar… Çildağ olunmaqla insanlar qorxudan, müxəlif fobiyalardan, diskinməkdən və bir çox xəstəliklərdən xilas olurlar. Bəzən həkimlər belə sağaltmaqda aciz qaldıqları xəstəyə çildağ məsləhət görürlər. Hətta tanınmış həkimlər var ki, özləri də çildağ olunmaq üçün bizim ocağa gəlirlər. Bir çox xəstəliklər çildağla sağala bilər. Bu hər bir xəstəliyi olana tətbiq edilə bilər. Elə adamlar gəlir ki, 10 gündür qızdırması düşmür. Bir dəfə çildağ olunduqdan sonra sağalır".

Kərbəlayi Zülfüqarın sözlərinə görə, yandırılmış xüsusi kətan parçayla qorxu ilə gələn insanların baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına vurmaq lazımdır. Əks halda qorxunu aradan götürmək mümkün deyil: "Biz bunların üsullarını ağsaqqalarımızdan, ağbirçəklərimizdən öyrənmişik. Bu məlumatlar illərdir, nəsildən-nəsilə ötürülüb. Elə xəstələr də var ki, onların bədəninə yanıq izi vurmaq olmaz. Məsələn, şəkər xəstəliyi ilə gələnlər fərqli çildağ edilir. Onları yandırmaq olmaz. Bu işlərin dərinlikləri var ki, onu yalnız biz bilirik. Özümüz qəsdən bu məlumatları heç kəslə bölüşmürük ki, hər yerindən duran çildağla məşğul olmasın".

Müsahibim deyir ki, çildağa inanmayıb məcburi gələnlər belə sonradan başqa qohumlarını da gətirirlər: "Çildağ deyəndə bəzi insanlarda inamsızlıq hiss olunur. Biz də bir çox hallarda çildağa inanmayanlarla qarşılaşırıq ki, hansısa qohumu onu qorxuluğunu götürmək üçün məcbur gətirib. Çildağ olan zaman üzündə kinayə görürük. Ancaq 3 dəfə gələndən sonra faydasını görür. Həmin şəxs sonradan başqa yaxın adamlarını gətirir".

Bu ocağın digər bir nümayəndəsi, çildağçı Şıxəli Kərimov isə deyir ki, onların ocağına təkcə paytaxtdan yox, Azərbaycanın hər bölgəsindən gələnlər olur: "Hətta qonşu ölkələrdən Türkiyə, İran, Rusiyadan belə bu ocağa gəlirlər. Bu yaxınlarda Almaniyadan jurnalistlər gəlib çildağ haqqında veriliş çəkdilər".

Şıxəlinin sözlərinə görə, burada həftənin üçüncü və altıncı günləri adam əlindən tərpənmək olmur. İnsanlarda belə bir inam var ki, çildağ məhz bu günlərdə edilsə, daha təsirli olar. Odur ki, digər günlərdə çox az adam olur. Həmsöhbətim bu inancın ciddi bir əsasının olmadığını deyir:" Sovet hökuməti dövründə çildağ məsələsində müəyyən məhdudiyyət qoyulurdu. Yalnız həftədə iki gün çərşənbə və şənbə günləri bizim ocağın açıq olmasına icazə verirmişlər. Elə o vaxtdan insanlar arasında belə bir vərdiş yaranıb və sonradan inanca çevrilib ki, çildağ məhz bu günlərdə təsirli olur".

Ş.Kərimov onu da vurğuladı ki, çildağı hər adama etdirmək olmaz, bu işi bilməyənlər insanların sağlamlığına ciddi ziyan vura bilərlər: "Həkimlər bizdən çildağın necə etdiyimizi soruşublar. Hansı nöqtələrə vurduğumuzu öyrənib, özləri də etmək istəyiblər. Lakin bunu qısa zamanda öyrənib, kiməsə tətbiq etmək olmaz. İnsan bədənində elə sinir ucları var ki, onlara toxunan zaman fəsadlar yarana bilər. Belə hallar çox olub. Naşı çildağçıların yanına gedənlər arasında ziyan görənlər olub. Bəziləri bizim yanımıza gəlib çildağın sirlərini öyrənməyə çalışıblar, sonra öz evlərində çildağ etməyə başlayıblar. Bir nəfər bu cür naşılara çildağ etdirmişdi, boynu qurumuşdu. Sonra gəldi və biz onu müalicə etdik".

Onu da qeyd edək ki, bu ocağa gələnlərdən xidmət müqabilində heç bir konkret məbləğ tələb olunmur, kimin qəlbindən nə keçirsə, onu da verir: "Çildağa gələnlərdən konkret pul istənilmir. Kim nə verirsə, ona da qane oluruq.Bura pul qazanmaq yeri deyil. İnsanlar bu ocağa inanırlar, şəfa tapırlar və bu bizim üçün ən böyük qazancdır. Ağasəlim babamızın ocağını demək olar ki, hamı tanıyır. Heç bir dövlət qurumu da fəaliyyətimizə məhdudiyyət qoymur".(musavat)
"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2939   Tarix: 26 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 209
.

Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır

Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın

10:27 155
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 159
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 169
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 143
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 305
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

16:35 135
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 255
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

15:01 131
.

TOP MP3