"Mehman bundan əvvəl də prezidentə müraciətlər edib" - Əliməmməd Nuriyev
"Blogger Mehman Hüseynovun cənab prezident İlham Əliyevə müraciət etməsi ölkə başçısına olan inam və etimadın nümunəsidir. Dövlət başçısının Mehman Hüseynov məsələsinə dərhal reaksiya verilməsi humanizmin nümayişidir"
BiG.AZ xəbər verir ki, bu fikirləri azvision.az -a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, baş verənləri radikal müxalifət düşərgəsi həzm edə bilmir: "Belə fikirlər səsələndirirlər ki, guya müraciəti Mehmanın özü yazmayıb. Biz bunlara fikir verməməliyik, irəliyə baxmalıyıq. Əsas məsələ Mehmanın azadlığa qovuşmasıdır. Biz bu məsələdə ona dəstək verməliyik".
Hüquq müafiəçisi qeyd edib ki, Mehman Hüseynovla görüşündə bundan əvvəl də ölkə başçısına müraciət etdiyini söyləyib: "Mehman İctimai Komitənin üzvləri görüşəndə bizə ətraflı məlumat verdi. Xahiş etdi ki, fikirlərini cənab prezidentə, cəmiyyətə, müvafiq qurumlara çatdıraq. Biz ona verdiyimiz sözə əməl etdik. Mehman Hüseynov görüşdə bildirdi ki, daha əvvəl də ölkə başçısına müraciətləri olub. Bu baxımdan həmin müraciət 100 faiz Mehmanın özü tərəfindən edilib. Burada başqa məsələlərdən söhbət gedə bilməz. Müraciətində aydın şəkildə hər şeyi ifadə edib. Cənab prezident də humanistlik nümayiş etdirdi və prokurorluğa tövsiyə etdi ki, prosesi obyektiv, hərtərəfli araşdırsınlar. Bunun nəticəsi olaraq artıq onunla bağlı cinayət işinə xitam verilib. Bu, bir daha sübut edir ki, cənab prezidentin fəaliyyətinin əsasında humanizm, mərhəmət durur. 10 fevral 2017-ci il tarixli sərəncamı ilə cəza siyasəti humanistləşdirildi. Təkcə bir faktı qeyd edim ki, ölkə başçısı 2003-cü ildən bu günə qədər 34-dən artıq əfv sərəncamı imzalayıb. Bunun nəticəsində 5 mindən artıq şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Hətta onlar arasında ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 511 Tarix: 22 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
18.12.2025 263 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
18.12.2025 390 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
18.12.2025 215 Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
18.12.2025 259 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
18.12.2025 262 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
18.12.2025 194 Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə
18.12.2025 183 Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB
Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind
18.12.2025 221 Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
18.12.2025 247