Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"

Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Xalid sosial şəbəkə hesabında paylaşım edib.

BiG.AZ xəbər verir ki, o uşaqlıq xatirələrindən, ağır günlərindən söz açıb:

"20 il öncə 2-ci sinifdə oxuyurdum. Sinif rəhbərim dedi ki, əmək dərsi üçün leqo gətirin. Anama heç nə demədim. Tam 3 həftə leqosuz dərsə getdim, müəllim isə hər dərs "niyə gətirməmisən" deyirdi. O dönəmlər anamın səhhətində çox ciddi problemlər var idi.

Qapımızı döyüb, halımızı soruşan az insan var idi. Anam o qədər fədakar idi ki, bilirdim ona desəm, imkanı çatmasa da, həll edəcək. Axırda müəllim mənə dedi ki, gələn dərs də gətirməsən, sənə "iki" yazacam.

Bilirdim ki, "iki" alsam anam çox üzüləcək, ona görə həmin gün cəsarətimi toplayıb dedim. Baxdı üzümə dedi ki, Ayka, mənə niyə demirdin?

İndiyədək kino kimi gözümün önündən getmir, gecə saat 2-də gəldi, məni oyatdı, apardı qonaq otağına, gördüm divanın üstündə leqo – özü də gedib ən yaxşısını almışdı.

Səhəri gün məktəbə aparanda uşaqlar dedi ki, hə, özün gətirmirdin ki, birdən sənin leqonla oynayarıq?

Heç kimin heç nədən xəbəri yox idi. Anam həyatda tanıdığım ən güclü qadındır! Bəzən adamlar uzaqdan baxıb bəxtəvərlik verir və çox vaxt pozitiv statuslar yazanda "Sən nə çətinlik görmüsən ki, əlbəttə dünya-aləm vecinə olmayacaq" deyirlər.

Görmüşəm. Atamı itirəndə 1 yaşım var idi. 7 il yataqda həyatla mübarizə aparan ananın yanında oturub, gün ərzində 3-4 təcili yardımı qarşılayıb, yola salanda isə danışma qabiliyyətim belə tam formalaşmamışdı. Anam öyrətmişdi ki, bu rəqəmləri yığ və ünvanı de.

Biz bir-birimizdən möhkəm yapışıb həyata tutunduq, Allaha güvəndik. Bu günümüzə çox şükür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1371   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536