SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıbAzərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

Bu barədə "Report"un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.

"Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq neft-qaz şirkətinə çevrilməklə bağlı SOCAR-ın qarşısına qoyduğu vəzifəyə uyğun olaraq, SOCAR 2007-ci ildən etibarən bu istiqamətdə mühüm addımlar atıb, qabaqcıl təcrübəyə malik dünyanın aparıcı audit məsləhətçi şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bir çox əsas hədəflərə nail olunub, SOCAR hazırda effektli transmilli şirkət kimi fəaliyyət göstərir, Azərbaycan üçün gəlirlərin böyük hissəsini beynəlxalq bazarlarda əldə edərək, ölkəmizin qlobal brendinə çevrilib. Bu məqsədə nail olmaq üçün aparılan islahatlar hələ 2008-ci ildə başlayıb. SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib. Belə ki, SOCAR-ın idarəetmə strukturuna beynəlxalq neft-qaz şirkətlərinin təcrübəsinə uyğun olaraq müvafiq müstəqil, kolleqial idarəetmə qurumları (Risklərin idarə edilməsi komitəsi, Audit komitəsi, Satınalmalar komitəsi, Kadrların idarə edilməsi komitəsi, İnformasiya Təhlükəsizliyi və s.) yaradılıb", - şirkətdən qeyd edilib.

Bildirilib ki, SOCAR-da davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.

Şirkətdən xatırladılıb ki, 2012-ci ildən başlayaraq tanınmış beynəlxalq "Ernst&Young" (EY) audit şirkəti ilə birgə SOCAR-ın əsas istehsalat müəssisələrində əməliyyatların səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində layihələrə başlanıb, SOCAR strukturuna daxil olan bir çox qurumlarda üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçid tətbiq olunub və xərclərin azaldılması istiqamətində digər tədbirlər görülüb: "Bu layihələrin əsas məqsədi müəssisələrdə problemli biznes prosesləri müəyyən edərək, istehsalat, texnologiya, personal, təchizat, nəqliyyat, podrat işləri və s. istiqamətlər üzrə aparılan əməliyyatların səmərəsini artırmaq, xərclərin azaldılmasına nail olmaqdan ibarətdir. Nəticədə illik iqtisadi səmərənin artımı 128,7 mln. manatdan çox olub, şirkət üzrə işçilərin fəaliyyəti 27% optimallaşdırılıb. 2016-cı ildən başlayaraq, istehsalatın vaxtında və fasiləsiz mal-material resurslarına olan tələbatını təmin etmək, dövriyyə kapitalından səmərəli istifadə etmək, anbar qalıqlarının optimal səviyyəsinn müəyyən etmək məqsədi ilə SOCAR EY şirkəti ilə birgə mal-material ehtiyatlarının normalaşdırılması layihəsinə başlayıb. 2015-ci ildən etibarən SOCAR-da "İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi" icra olunur. Bu layihə çərçivəsində işçi sayının planlaşdırılması, işə qəbul və adoptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası və s. üzrə qabaqcıl beynəlxalq təcrübələr SAP ERP sisteminin vasitəsilə tətbiq edilir. 2018-ci ildən etibarən beynəlxalq neft və qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, həmin şirkətlər tərəfindən ortaq razılaşdırılan istehsalat standartlarına uyğunlaşmaq və həmin standartların yaradılmasında iştirak etmək məqsədi ilə SOCAR Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasına (IOGP) üzv olub, həmin beynəlxalq qurumda aktiv fəaliyyətə başlayıb. SOCAR-ın daha da effektli qlobal şirkətə çevrilməsi istiqamətində həyata keçirilən islahatlar tanınmış reytinq şirkətləri tərəfindən mütəmadi olaraq yoxlanılır. Nəticədə, "Ernst&Young" şirkəti 2018-ci ildə SOCAR-ın korporativ idarəetmə sistemini "güclü şirkət" kimi qiymətləndirib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 19 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568