Bakıda üçəmlər dünyaya gəldi – Mehriban, Leyla və Arzu – VİDEO

Bakıda üçəmlər dünyaya gəldi – Mehriban, Leyla və Arzu – VİDEO
Bakıda yaşayan Vəliyevlər ailəsinin sevincinin həddi- hüdüdu yoxdur.

Ailə 3 illik həsrətin sonunda 3 gözəl qız övladın dünyaya gəlişi sevincini yaşayır. Dövlətimizə və dövlət başçısının ailəsinə böyük sevgi bəsləyən ailə üçəmlərə Mehriban, Leyla və Arzu adlarını verib.

Üçümləri görmək üçün News24.az olaraq, ailəni ziyarətə getdik. İlk qarşılaşdığımız mənzərə bu sevinci ailənin yaşadığı maddi sıxıntıları bir az kölgədə qoyması oldu... Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.

Ailənin maddi vəziyyəti nə qədər pis olsa da, 3 körpənin verdiyi xoşbəxtlik gözlərindən oxunur.
Onu da qeyd edək ki, üçəmlər Mama - Ginekoloq Sevinc Sevdimalıyevanın nəzarəti ilə dünyaya gəlib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4205 Tarix: 19.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 19.01.2019
Ay dünyaaa


 
ataxanli
ataxanli 19.01.2019
Allah saxlasın
həyatdı da :)


 
Tahir011
Tahir011 19.01.2019



 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər