Əfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - Fotolar

Əfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - FotolarYanvar ayının 14-də "JW Marriott Absheron" otelinin "Şərq" zalında "AAAF Holdinq" şirkətinin beynəlxalq brendi – "Zirvə" Beynəlxalq İdman Klublarının ənənəvi "Zirve Awards" mükafatının təqdimat mərasimi keçirilib.

BiG.AZ qafqazinfo.az-a istinaden xəbər verir ki, Azərbaycan idmanının tanınmış simaları, idmançılar, məşqçilər, digər vəzifəli şəxslərinin də içərisində olduğu 150-yə yaxın qonağın iştirakı ilə təşkil olunan tədbirdə "Zirvə"nin ölkədaxili və beynəlxalq klublarının müxtəlif idman yarışlarındakı uğurları qiymətləndirilib. 9 nominasiya üzrə 30 mükafatın təqdim edildiyi mərasim yüksək təşkilatçılıq şəraitində keçib. Mərasimdə "ilin komandası", "ilin klubu", "ilin məşqçisi", "ilin yarışı", "ilin hakimi", "idmanın inkişafında göstərdiyi xidmətlərə görə", "Zirvə BİK-in təbliğində xidmətlərə görə", "ilin idmançısı", "Olimpiya ümidləri" nominasiyalarında qaliblər təltif edilib.

Azərbaycanın tikinti sektorunda özünəməxsus yeri olan və brendə çevrilən AAAF Holdinq digərləri ilə yanaşı, idman obyektlərinin inşasında da böyük uğurlar əldə edib. Şirkətin beynəlxalq idman brendi isə "Zirvə" Beynəlxalq İdman Klubları – Zirve İnternational Sport Clubs-dır. Azərbaycanla yanaşı 11 ölkədə fəaliyyət göstərən klubların sinerjisi olan bu layihə yalnız ölkəmiz deyil, bütün dünya ağır atletikasına öz böyük töhfəsini verməkdədir. 50-yə yaxın klub Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Moldova, İsrail, Ukrayna, ABŞ, Belarus, Polşa və Bolqarıstandan olan yerli idmançılar üçün ən yaxşı şəraiti yaratmaq, vahid bir idman bayrağı – Azərbaycanın "Zirvə" sözü altında birləşərək idman qələbələri qazanmaq üçün çalışırlar.

"Zirvə" Beynəlxalq İdman Klublarının ənənəvi "Zirve Awards" mükafatının təqdimat mərasimi məhz bu klubların il ərzində əldə etdikləri nailiyyətlərinin qiymətləndirilməsi və fərqləndirilməsi məqsədi daşıyır. "JW Marriott Absheron" otelində keçirilən budəfəki tədbir də həmişəki möhtəşəmliyi ilə seçildi. Gözəl zal və səhnə tərtibatı, qonaqların qarşılanması, xüsusi hədiyyələrin təqdimi, zövqlü musiqi mərasimə özünəməxsus gözəllik verdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları, dünya və Avropa çempionları və mükafatçıları, digər mötəbər qonaqların iştirakı ilə baş tutan tədbirə "Zirvə" BİK-in rəhbər heyəti, uğur qazanan idmançı və məşqçilər, əldə olunan nailiyyətlərdə əməyi olan şəxslər də dəvət edilmişdi.

Qonaqların salamlanması ilə başlayan tədbirdə ilk olaraq "Zirvə" Beynəlxalq İdman Klublarının tarixçəsi və uğurları ilə bağlı videoçarxın izlənilməsi ilə start götürüb. Daha sonra "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov, Çingiz Hüseynzadə və İsmayıl İsmayılov çıxış edərək nitq söyləyiblər. Onlar ölkəmizdə idmanın günü-gündən inkişaf etdiyini, dövlət tərəfindən yaradılan şərait, diqqət və qayğı nəticəsində yeni-yeni uğurlar qazanıldığını qeyd edib, həm nominantlara, həm də "Zirvə" və digər klubların nümayəndələrinə böyük uğurlar arzulayıblar.

Ardınca mükafatların təqdimatına keçilib. Müxtəlif nominasiyalarda qalib olanlara xüsusi "Zirvə Awards" mükafatı ilə təltif ediliblər.
Nominasiyalar üzrə qaliblər aşağıdakılardır:

İlin komandası
1. Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığma komandası
2. Bədii gimnastika üzrə "Zirvə" komandası
3. Azərbaycanın yeniyetmə qızlardan ibarət yığma komandası.

İlin klubu
1. "Lənkəran-Zirvə"
2. "Ankara-Zirvə"
3. "Xırdalan-Zirvə"

İlin məşqçisi
Asif Məmmədov (ağır atletika üzrə yığma komandanın baş məşqçisi)

İlin yarışı
6-cı Zirvə Oyunları

İlin hakimi
Elxan Süleymanov – sabiq ağır atlet, Avropa kubokunun sahibi. Beynəlxalq dərəcəli hakim

İdmanın inkişafında göstərdiyi xidmətlərə görə
1. Kaxi Kaxiaşvili. Canlı əfsanə, üçqat Olimiya çempionu. Gürcüstan AAF-ın prezidenti
2. Halil Mutlu. Canlı əfsanə, üçqat Olimpiya, 5 qat dünya, 10 qat Avropa çempionu.
3. Nizami Paşayev. Ağır atletika üzrə dünya çempionu.

"Zirvə" BİK-in təbliğində xidmətlərə görə
1. Fikrət Adıgözəlli, "İdman TV"
2. Rəşad Cəfərov, "Azərbaycan" qəzeti

İlin idmançısı
1. Geogi Çxeidze (Tiflis-Zirvə, Gürcüstan)
2. Ömər Cavadov (Xırdalan-Zirvə)
3. Ramil Əhmədov (Bakı-Zirvə)
4. Səid Əlihüseyni (Ərdəbil-Zirvə, İran)
5. Tarmenxan Babayev (Naxçıvan-Zirvə)
6. Dmitro Çumak (Jidaçiv-Zirvə, Ukrayna)
7. Nicat Rəhimov (Qazaxıstan)
8. Elşən Məmmədov (Lənkəran-Zirvə)
9. Qalya Şatova (Smolyan-Zirvə, Bolqarıstan)
10. Murad Əliyev (Sumqayıt-Zirvə)
11. Anastasiya Qotfrid (Tiflis-Zirvə, Gürcüstan)
12. Məhəmməd Məmmədli (İsmayıllı-Zirvə)

Olimpiya ümidləri
1. Sevil Hüseynli (bədii gimnastika)
2. Qurbanlı Leyla (ağır atletika)
3. Nərmin Soltanova (cüdo)
4. Hüseyn Hüseynov (karate)
5. Hüseyn Xəlilov (İdman gimnastikası)

"Zirvə" BİK hər il olduğu kimi bu dəfə də müxtəlif yarışlarda nəticə göstərən idmançılar və onların məşqçilərinə də mənzil sertifikatları təqdim edib.

Sonda Olimpiya çempionları və ümidlərlə birlikdə "Zirvə" BİK-in xüsusi hazırlanmış tortu kəsilib. Ardından tanınmış müğənnilər Natavan Həbibi və Ədalət Şükürovun ifasında zövqlü mahnılar səslənib, tədbirə xüsusi rəng qatılıb.

AAAF Holdinq-in rəhbəri sabiq ağır atlet, SSRİ İdman Ustası, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı, beynəlxalq dərəcəli hakim, "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərovdur.

Əfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - FotolarƏfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - FotolarƏfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - FotolarƏfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - FotolarƏfsanəvi Halil Mutlunu Bakıya gətirən səbəb - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477