"İçimdə nəyinsə qopduğunu hiss elədim, sonra qarnım şişməyə başladı" - Rəşid Mahmudovla MÜSAHİBƏ

"İçimdə nəyinsə qopduğunu hiss elədim, sonra qarnım şişməyə başladı" - Rəşid Mahmudovla MÜSAHİBƏMəşhur həkim, tibb elmləri namizədi Rəşid Mahmudov BiG.AZ saytının suallarını cavablandırıb.

-Bir neçə ay bundan öncə ağır xəstəlikdən əməliyyat olundunuz. Hazırkı sağlıq durumunuz necədir?

- Şükür, yaxşıyam. Sağlam həyat tərzi keçirirəm. Evdə yemək yeyən zaman anidən içimdən nəyinsə qopduğunu hiss etdim. Həyat yoldaşıma dedim ki, özümü çox pis hiss edirəm. Bir neçə dəqiqədən sonra qarnım şişməyə başladı. Dərhal məni Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına gətirdilər. İlk olaraq bütün həkimlər məni müayinə edib hansı səbəbdən bu vəziyyətə düşdüyümü araşdırdılar. Həkimlərin qoyduğu müxtəlif diaqnozlar üzrə yoxlamalardan keçdim.

Bizim çox savadlı həkimlərimiz var. Şəxsən özüm həkimlərimizin savadlı, təmkinli, ağıllı olduğunu şahidi oldum. Əgər mən o xəstəxanaya aparılmasaydım təsəvür edə bilmirəm ki, necə olardım. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında çox böyük alimlər var.

Mənim qızım göz həkimdir. Qızım tibb elmlər doktoru, professor Xaləddin Musayev tələbəsi olub. Qızım mənə dedi ki, ata, mən Xaləddin həkimə çox inanıram. Xalədin Musayev məni müayinə edən kimi xəstəliyimin dəqiq diaqnozunu qoydu. Məni öz palatasına köçürtdü. Müalicəyə uyğun olaraq 10 gün ac qaldım. Məni xilas edən bütün həkimlərə təşəkkür edirəm. Hər dəqiqə məni nəzarətdə saxlayırdılar. Məni xilas edənlərdən biri mənim tələbəm Tanrıverdi həkim oldu. 10 gün ərzində sadəcə su ilə qidalanırdım. Demək olar ki, ölmüşdüm. Savadlı həkimlər məni xilas etdi. Səhhətimdəki bütün problemlər aradan qaldırılıb. Hazırda heç bir ağrım yoxdur. Özümü çox gümrah hiss edirəm. Həyatımı Xaləddin Musayevə borcluyam.

- Son zamanlar donuz qripindən ölənlərin sayı durmadan artıb. Bu xəstəlik qonşu ölkələrə kimi gəlib çatıb. Amma bir çoxları, ümumiyyətlə, belə bir xəstəliyin olmadığını və öz istehsal etdikləri dərmanları satmaq üçün belə bir xəstəliyin uydurulduğunu bildirirlər. Həqiqətən donuz qripi xəstəliyi varmı?

- Ayrı-ayrı dövlətlərdə bakteroloji silah var. Mən tələbə olanda qripin 67 növü var idi. Bu gün bəlkə də 100-dən çoxdur. Quş, donuz, keçi qripləri var. Bunların hamısını qripdən formalaşdırıblar. Özləri də bunun dərmanını tapıblar. Özləri də biznes kimi istifadə edirlər. Bu həqiqətdir. Bakteroloji silah ayrı-ayrı dövlətlərin nəzarətdədir. Bu gün bu silahdan ayrı-ayrı ölkələri məhv etmək üçün istifadə edirlər.

-Arxada qoyduğumuz 2018-ci ildə bir çox tanınmışlar xərçəng xəstəliyindən dünyasını dəyişib. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxalmaqdadır. Xərçəng xəstəliyini yaradan əsas səbəblər hansılardır?

- Mən tələbə olan zaman deyirdilər ki, 50 yaşdan yuxarı olan insanlar xərçəng xəstəliyinə tutulur. Bu gün isə uşaqlar da xərçəng xəstəliyinə tutulur. Xərçəng xəstəliyini yaradan 400 nəzəriyyə var. Hər boş kələdən bir səs çıxır. Bir-birlərinin nəzəriyyəsini də qəbul etmirlər. Ümumdünya Səhiyyə Təşkilatı görəndə ki, bu xəstəlik həddindən çox yayılır, ən savadlı 151 alimi bir araya topladı. Onlar 1996-cı ildən 2006-cı ilə qədər işlədilər. Bəlli oldu ki, xərçəng xəstəliyi ən aşağı 6,9,12 ay ərzində formalaşır.

Əgər kiməsə xərçəng diaqnozu qoyulubsa, deməli, bu, 6 ay əvvəl yaranıb. Xərçəngi yaradan hüceyrələr ağrı yaratmır. Ağrı verən şişin sıxdığı orqandır. Xərçəng hüceyrəsini məhv edən qanın tərkibindəki leykositlərdir. Xərçəng xəstəliyini yaradan orqanizmdə D3 vitamininin olmamasıdır. Bunu ginekoloqlar deməlidir. Xüsusilə qadınlar menstruasiya dövrü bitəndən sonra mütləq kalsium və D3 vitamini qəbul etməlidir. Xərçəng xəstəliyini yaradan amil tapılmayınca onun müalicəsi mümkün olmayacaq. Bəziləri bu xəstəliyi virusla əlaqələndirir.

-Son dövrlər mətbuatda həkim səhlənkarlığı ucbatından bir çoxları dünyasını dəyişir və ya sağlamlıqlarının bir hissəsini itirirlər. Sizcə, bu cür həkimlərə hansı cəza verilməlidir?

- Həkimlərin bir çoxu Sovet dövründə universiteti bitirib. Onların içərisində çox savadlı olanları var. Şəxsən, məni həmin həkimlər xilas etdi. O dövrdə yalnız diplom verirdilər. Bu gün həkim olacaq tələbələrə müxtəlif dillər və tibbə aidiyyəti olmayan müxtəlif fənnlər tədris edilir. Əslində isə təbabətdən dərs keçməlidirlər. Xaricdə təhsil məsələsinə çox ciddi yanaşırlar. Bizdə də internet var. Tələbələrimizin bir çoxu xaricdə oxuyub gəlirlər. Xaricdə ixtisasını mükəmməl bilməsə həmin tələbəyə diplom vermirlər. Bizdə də bu başlanılıb. Bu gün Tibb Universitetində müəllimi tələbə seçir.

-Bir çox kanallarda müxtəlif sahələr üzrə xarici həkimlər reklam edilir. Savadlı həkimin reklama ehtiyac varmı?

-Öz dövlətində yaxşı pul qazanan həkim Azərbaycana gələrmi? Bura gələn həkimlərin bir çoxu öz ölkəsində bir uğur qazanmayanlardır. Onlar televiziya kanallarına pul verib deyir ki, məni reklam elə. Televiziya da reklam edir. İnsanlarımız o cür həkimlərə inanmamalıdır.

- Estetik əməliyyatın qurbanı olanlar çoxdur. Ümumiyyətlə, lazımdırmı estetik əməliyyat?

- Bizimkilər formaya qiymət verirlər. Allah yaratdığını artırıb və ya azaltmağı ağılsızlıq kimi qiymətləndirirəm. Bu cür əməliyyatlardan ölənlər də var. Mən bu cür əməliyyatları məsləhət görmürəm. Hətta təsəvvür edirsiniz qabırğasını çıxaranlar da var. Zəhmət çək nəfsinə sahib çıx, az ye. Xoşbəxtlik o deməkdir ki, Allahın verdiyinə qane olasınız. Savadsız həkimlərimiz də var. İldə Tibb Universiteti 1200 tələbə buraxır. Onun 200-ü savadlı olsa heç bu cür problemlər olmaz.

Bəzən savadsızlar özlərini reklam edirlər. Savadlılar isə qıraqda qalır. Düzdür, yaxşı həkimin heç reklama da ehtiyacı yoxdur.

- Siz həm də sosial mövzulu proqramlara da qatılırsınız. Həmin verilişlərdə səsləndirdiyiniz fikirlər də çoxları tərəfindən maraqla qarşılanır. Ailə problemlərinin efirdə bu qədər müzakirə olunması nə dərəcədə doğrudur?

- Mən bu cür halları qəbul etmirəm. İnsanların efirə çıxıb ailə problemlərini müzakirə etməsi bizə yaraşmayan bir haldır. Efirə çıxıb bizi dünyada biabır edirlər. Bəyəm başqa millətlərin ailələrində problemlər olmur? Onlar sadəcə efirə çıxmırlar. Belə insanların televiziyalar çıxarılmasının qarşısı alınmalıdır. Səni döyüblər, get polisə. Bu cür hallarda polisi axtarmaq əvəzinə Xoşqədəmin üzərinə qaçırlar. İlk öncə get, polisə şikayət et. Polis baxmasa prokurorluğa müraciət elə. Bu gün televiziyaları kriminal şöbəyə çeviriblər. Biz müsəlmanıq. Yalnız bizdə namus deyilən anlayış var. Bunları qəbul etmək lazımdır.

-Son dövrlər xəyanətə görə soyundurub çəkirlər. Sizcə, xəyanətin cəzası necə olmalıdır?

-Bütün bunlar çox ağılsız işlərdir. İlk öncə sevib ailə qurmalıdır. Sevirsənsə niyə xəyanət edirsən? Kim həyat yoldaşını sevmirsə, hörmət etmirsə o, vicdansız, əxlaqsız, mədəniyyətsizdir. Qadın öz ürəyini sənə verir, amma sən onu bəyənmirsən. Bu ən azından kişiliyə yaramaz. Bu cür hadisələrin efirdə müzakirəsi xalqı alçaltmaq deməkdir. Biz qürurlu olmalıyıq. Qadınlar bir-biri ilə dalaşır, polisə getsin. Televiziyada nə işi var.

- Bu gün boşanmaların sayını artıran səbəblər nələrdir?

- İlk öncə boşanmanın səbəbi kasıbçılıq olur. Boşanmaq üçün həyat yoldaşlarına qara yaxanlar da var. Kənarda ailənin işinə qarışanlar olur. Ana qızına öyrədir ki, evdə hegemonluq et.

-Sizcə, sosial şəbəkələr də boşanmaların sayını artırırmı?

- Mən, ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm. Orada çoxlu səviyyəsiz yazılar gedir. Xalqıma səslənirəm. Sizin bir az pulunuz varsa, onu təhsilə xərcləyin. Başımıza nə gəlirsə savadsızlığımız ucbatından gəlir. Mən bu məsələdə özümüzü günahkar hesab edirəm.

-Təhsilin bugünki durumu sizi qane edirmi?

- Zorla kimisə oxutdurmaq olmur. Təhsil də sevgi ilə olur. Mən bir gün də olsa dərsdən qalmazdım. İnsan arzu ilə məktəbə gedir.

- Bu yaxınlarda imtahan verən müəllimlərin 99 faizi biabırçı nəticə vermişdi. Müəllimlərin cəmi 1 faizi imtahanı yüksək nəticə başa vurub. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

-Yaxşı müəllimlər var. Amma bu gün məktəbləri savadsız müəllimlərlə doldurublar. Bizdə hər küçədən keçənə müəllim deyilir. Bu gün müəllim sözünü ucuzlaşdırmışıq. Hər kəsi insan edən müəllimlərdir. Müəllimə dəyər vermək lazımdır. Orta məktəb müəllimlərin maaşı artırılmalı və onlardan tələb olunmalıdır. O zaman şagirdlər əlavə müəllim yanına getməz.

-Niyə bu gün savadlı gənclərimiz xaricdə işləməyi üstün tutur? Onları xaricə göndərən səbəb nədir?

-Xaricdə oxuyan tələbə gəlib burada dövlət xəstəxanalarında işləməyə yer tapa bilmir. Yalnız özəldə işləyə bilir. Təbii ki, dövlət xəstəxanalarında da işləmək istəyir. Həm də dövlət xəstəxanalarında maaş da aşağıdır. Ona görə də bir çoxları xaricdə işləməyə üstünlük verir. Bəzən də təhsilini başa vuran gənclər iş tapa bilmir. Artıq bu problem də aradan qaldırılır, gənclərimiz işə imtahanla götürülürlər.

-Deputat Rüfət Quliyev bizə müsahibəsində bildirmişdi ki, ayda 300 manat maaş alan deputatdan Nobel mükafatı almasını gözləmək olmaz. Siz bu fikirlə razısınızmı?

- Nobel mükafatı almaq üçün iş laboratoriyalarımız, avadanlıqlarımız olmalıdır. Bizdə elə avadanlıqlar var ki, onu alimə verməyib, xəstədən pul yığmaq üçün istifadə edirlər. Həmin avadanlıqlar özəl xəstəxanalara verilir. Alimin də özəl xəstəxanalara girişi yoxdur. Mən də hesab edirəm ki, bu gün alimlərimizdən Nobel mükafatı almasını gözləmək olmaz. Əgər biz suyu yodlaşdırsaq 40 il bundan sonra böyük kəşflər edəcəyik.

-Dəfələrlə dövlət xəstəxanaların pulsuz olması deyilsə də lakin yenə də xəstələrdən pul yığılır.

- Bilirsiniz, dövlət xəstəxanalarında dərman təchizatı çox zəifdir. Çünki dərmanlar çox bahadır. Elə dərmanlar var ki, qiyməti 100 manatdır. Burada həkimin nə günahı var? Bu yaxınlarda tibbi sığorta sisteminə keçəcəyik. O zaman bütün problemlər aradan qalxacaq. Azərbaycanda çox güclü həkimlər və alimlərimiz var.

-Gənclərin bir çoxu ölkədə iş yoxdur deyə şikayətlənirlər.

- Bu sözü deyən insan evdən çölə çıxmayanlardır. Mən gənclərimizin çalışqan olmasını arzu edirəm. Sənətini yaxşı bilən hər kəsə ölkəmizdə iş var. Savadlı insan heç vaxt işsiz qala bilməz.

- Sizin maaşınız sizi qane edirmi?

- Mən iki yerdə işləyirəm. Evdə bir mənəm, bir də həyat yoldaşım. Həyat yoldaşım da işləyir. Şükür, aldığımız maaş bizi qane edir.

- Pensiya yaşının hər il artırılmasına münasibətiniz necədir?

- Azərbaycanda 59 yaş orta yaş hesab olunur. Ona görə də 59 yaş pensiya yaşı olmalıdır. İnsan 65 yaşında pensiyaya çıxacaq. Tutaq ki, o, 64 yaşında vəfat etdi. Bu insan 64 yaşına kimi işləyib vergi ödəyib. O insanın 64 il ödədiyi pullar hara gedir? Ya da 65 yaşında pensiyaya çıxır, 66 yaşında ölür. Dövlət də deyir cəmi 12 il pensiya ödəyə bilir. Bəs 11 ilin pulunu kimə verirlər? Bütün bunlar nizamlanmalıdır. Yerdə qalan illərin pulu ailəsinə verilməlidir.

- Bu gün verilişlərə məşhurları çıxardıb pul yığırlar. Buna münasibətiniz necədir?

- Xəstələr üçün efirdə pul yığılmamalıdır. Əgər biz sığorta sisteminə keçsək bütün problemlər aradan qaldırılacaq. Bu zaman heç bir xəstə üçün efirdə pul yığılmayacaq.

- Həcc ziyarətində olmusunuz?

- Xeyr, olmamışam. Amma maraq üçün gedərdim. Mən bütün dinlərə hörmətlə yanaşıram. İslam dini ən mükəmməldir. İslam dinimizi tamamilə korlayıblar. Dinimizi mükəmməlləşdirmək lazımdır. Din mənim üçün saflıq, vicdan, əqidə, düzlük, kiminsə haqqını yeməməkdir. Yerdə qalanları xurafat hesab edirəm. Dinimizi mükəmməl bilmək lazımdır. Bu gün İslam dinini alverə çevrilib.

-Televiziyalarımızın vəziyyətini necə qiymətləndirirsiniz?

-Televiziyalarda gedən bəzi verilişlər Azərbaycan xalqının əleyhinə işləyir. Mən istərdim ki, elmi verilişlər olsun. Alimlər efirə çıxarılsın. Onun yerinə televiziyaları toyxanalara çeviriblər. Düzdür, elə sanballı verilişlər var ki, bəyənirəm.

Mən Rəşid Behbudova, Şövkət Ələkbərova qulaq asandan sonra bugünki müğənnilərə qulaq asa bilmirəm. Bu gün savadlı bəstəkar da yoxdur. Sovet dövründə Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkalarımız var idi. Bizim dövrümüzün bəstəkarı Elza Seyidcahan hesab olunur. Həm heyvanlara şeir yazır, həm muğam oxuyur, həm də bəstəkarlıq edir. Həqiqətən ayıbdır.

-Bu gün gənclər enerji içkilərini çox içir. Bu içkilər nə kimi xəstəliklər yaradır? Gənclərə məsləhətiniz nə olardı?

-Enerji içkiləri içən gəncləri qınamıram. Bu gün suyumuzda yod çatışmır. İnsan 30 yaşında ağıllanır. İçməli suların hər birin tərkibinə yod əlavə edilməldir. O zaman bu cür enerji içkilərinə də ehtiyac qalmayacaq.

Aysel Yusifqızı

Fotolar: Leyla Mustafayeva

"İçimdə nəyinsə qopduğunu hiss elədim, sonra qarnım şişməyə başladı" - Rəşid Mahmudovla MÜSAHİBƏ"İçimdə nəyinsə qopduğunu hiss elədim, sonra qarnım şişməyə başladı" - Rəşid Mahmudovla MÜSAHİBƏ"İçimdə nəyinsə qopduğunu hiss elədim, sonra qarnım şişməyə başladı" - Rəşid Mahmudovla MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4537   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 166
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 724
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 180
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 2
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 748
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 2
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 509