Bakıda qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər

Bakıda qəbiristanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbərXəbər verdiyimiz kimi, qeyri-rəsmi nikahdan doğulduğu iddia edilərək Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlığa atılan dörd günlük qız uşağı hüquq-mühafizə orqanlarının əməkdaşları tapıb.

Qeyri-rəsmi münasibətdən dünyaya gəldiyi deyilən uşaq ilk olaraq 1 saylı Körpələr Evinə aparılıb.

Körpələr evinin baş həkimi Simuzər Topçubaşovanın oxu.az-a bildirib ki, onlar körpəni dərhal xəstəxanaya göndəriblər:

"Bəli hüquq-mühafizə orqanları tərəfindən bizə təxminən 3-4 günlük körpə qız uşağı gətirilib. Uşaq bizə gətiriləndə göbəyi belə kəsilməmişdi. Vəziyyəti ağır olduğundan dərhal A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına göndərilib. Hazırda orada müalicə altında saxlanılır".

A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan verilən məlumata görə, uşaq ayın 11-də axşam saat 22.30 radələrində körpələr evindən göndərilib:

"Təcili Yardım maşını ilə xəstəxanaya gətirilib. Təxminən dörd günlük uşaqdır. Göbəyi kəsilməmiş halda və ağır vəziyyətdə olub. Vəziyyətinin ağırlığına görə, onu reanimasiya şöbəsində ciddi həkim nəzarətində saxlayırıq. Gətirildiyi günə nisbətən vəziyyəti qənaətbəxşdir. Uşağın vəziyyəti bir qədər də yaxşılaşdıqdan sonra onu müvafiq şöbəyə köçürəcəyik".

Qeyd edək ki, mətbuatda körpənin anası N.Ağayeva əvvəllər ailəli olduğu, həyat yoldaşının 7-8 il əvvəl dünyasını dəyişdiyi qeyd edilib. Xanımın bu rəsmi nikahdan iki qızı, bir oğlu var.

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb. Uşağın anası 37 yaşlı Nailə Ağayevanın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı da qeyd edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1322   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 186
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 235
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 188
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 146
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 221
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1057
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 190
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 234
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 211