"Belə fikirlər onun nüfuzuna xələl gətirir" - Ay adları barədə təklif verən deputat haqda

"Belə fikirlər onun nüfuzuna xələl gətirir" - Ay adları barədə təklif verən deputat haqdaMilli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına milli adların verilməsi təklifinə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, F.İbrahimli olke.az-a açıqlamasında bu cür təklifin məntiqsiz olduğunu söyləyib:

"İnanmıram ki, Tahir Kərimlinin bu cür düşüncəsinə kimsə şərik olsun. Axı ayların adını dəyişməkdə məqsəd nədir? Misal var ki, düzəlib hər yarağımız, qalıb saqqal darağımız. İndi mən bu təklifi başa düşə bilmirəm. Belə fikirləri söyləmək olmaz. Tahir Kərimli tarixin sınaqlarından çıxmış ağıllı adamdır. Hesab edirəm ki, belə fikirlər onun nüfuzuna xələl gətirir".

Deputat Tahir Kərimlinin bu cür təkliflər səsləndirməsinə inanmadığını bildirib:

"Mən inanmıram ki, Tahir Kərimli belə desin. Bunu başqası deyə bilər, amma Tahir Kərimlinin dediyinə inanmıram. Mən Tahir Kərimlini normal adam kimi tanıyıram. Ona kifayət qədər hörmətim var. Mən Tahir Kərimlinin belə sözlər dediyinə inanmıram".

Xatırladaq ki, Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifilə çıxış edib.

Tahir Kərimli "modern.az"a bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi gedib:
"Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etməliyik. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə - müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür".

Deputat bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz digər çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:

1. İlk ay (yanvar)
2. Soyuq (çillə ay) ay (fevral)
3. Boz ay (mart)
4. Yağış ayı (aprel)
5. Çiçək ayı (may)
6. Əkin ayı (iyun)
7. İsti ay (iyul)
8. Biçin ayı (avqust)
9. Məhsul ayı (sentyabr)
10. Qızıl ay (oktyabr)
11. Xəzəl ayı (noyabr)
12. Son ay (dekabr)

"Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənib. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen", "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra biliblər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik".

Deputat əlavə edbi ki, bizdən asılı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik:

"Məsələn, "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk", "təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Feil" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s. yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik".

Tahir Kərimli həmçinin qeyd edib ki, milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.

Deputat eyni zamanda insanları bu təşəbbüsə qoşulmağa və dəstəkləməyə çağırırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1177
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 1056
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 642
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 181
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 874
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 339
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 380
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 369
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1250