"Əvvəl bir az suvarıb, sonra da qatıqlayıb..." - Mirşahin Mehman Hüseynovdan danışdı

"Əvvəl bir az suvarıb, sonra da qatıqlayıb..." - Mirşahin Mehman Hüseynovdan danışdıTanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin öz müəllif verilişində Mehman Hüseynovun "aclıq" aksiyası ətrafında baş verən hadisələri şərh edib.

BiG.AZ həmin materialı oxucularına təqdim edir:

- Ermənilərin maestroluğu ilə aparılan antiAzərbaycan kampaniyasına ora-bura dağılmış bir ovuc azərbaycanlı, daha doğrusu Azərbaycansız da kömək edir. Məsələn, ötən həftədən başlanmış Mehman tragikomediyası.

Əslində nə baş verib? Müvafiq savadı olmayan, reportyorluğun ilk millimetrlərində səntirləyərək dolaşan, birtərəfli, qərəzli, yoxlanmamış, qeyri-peşəkar məlumatlarla ucuz auditoriya toplayan bir yeniyetmə həbsxanada baş vermiş bir hadisə ilə əlaqədar araşdırma hədəfinə çevrilib. Bununla razılaşmayıb, aclıq elan edib. Özünün də etiraf etdiyinə görə sonradan dayandırıb, əvvəl bir az suvarıb, sonra da qatıqlayıb.

Mehmana dəstək məqsədilə aclıq yatağı açılıb. Bundan isə onun qardaşı Emin Hüseynov bir soxulcan kimi istifadə edərək balıq tutmaq niyyətinə düşüb. Baxmayaraq ki, artıq hamı, elə Mehman Hüseynov da bar-bar bağırır ki, ay camaat, ay qardaşlar, ay qardaş! Mən süd içirəm, qatıq yeyirəm, çörək yeyirəm...

Amma Emin Hüseynovla virtual aclıq yatağını bölüşən Sevinc Osmanqızı bütün ölkəni Mehmanxana gözündə görür. Amma ona dəstək verən aclıqdaşlar və ya qarındaşlar nədənsə öz fədakarlıqlarına Mehman kimi qatıq və süd düzəlişləri etmirlər. Qatığı Mehman içir, amma ağzınını qatığını Emin dağıdır və hələ üstəlik irad da tururlar ki niyə onların qatığına turş deyirik. Azərbaycanın Avropa üçün bu qədər dəyərə malik olduğu bir zamanda, bir-iki qatıq damcısından yaranan siyasi məxluqlar xaricin orasında-burasında piket keçirir, mitinq təşkil edirlər. Hətta özünə xarici pasport ala bilməyən şəxsiyyət vəsiqəsi natamam birisi də bu yaxınlarda Bakıda mitinq planlaşdırır.

Maraqlıdır ki, sosial şəbəkədə guya 220 min izləyicisi olan bu adam birbaşa efirdə özünün xoxonminli auditoriyası ilə dərdləşmir, amma 1357 nəfərlə küçə aksiyasına üstünlük verir. Anlaşılmır. Təkrar edirəm. Mən Mehmanın nə aclıq etdiyini, nə də etmədiyini iddia edirəm.

Siyasətçinin həyatında aclıq etmək elə yemək qədər adi bir prosesdir. Amma bu mədə-şüvənliyin bir adı da var. İstintaqa təzyiq. Araşdırmanın aparılmasına hər vəchlə mane olmaq. Bəlkə elə doğrudan Mehman kimsəyə əl qaldırmayıb. Necə ki, Ukraynada jurnalist Arkadiy Babçenko da əvvəl öldürülmüşdü, sonra isə adam kimi gəlib mətbuat konfransı keçirdi və bəlli oldu ki, bu bir əməliyyat imiş. Bəlkə elə bu saat Mehman Hüseynov ətrafında da bizim bilmədiyimiz bir əməliyyat gedir, ya da artıq o əməliyyat bitib?! Yəni görünmür ki, antiazərbaycan tör-töküntüsü bu dəfə də iflasa uğradı. 2018-ci ilin iyul terroru zamanında, Mingəçevir qəzasında olduğu kimi.

Sosial şəbəkələrin qeyri ciddi tullantıları hətta Harvard universitetini belə gözdən salır. Adam demək istəyir budu sizin Harvard! Üfürüm sizin məzmununuza! Mehmanın aclıq pozor taxtasını üzərində daşıyanlar diqqəti yayındırmaq üçün sosşəbəkələri söyüş əlüzyuyanına çeviriblər.

Yeri gəlmişkən, mənə elə gəlir ki, bu söyüş söyənlərin, dövlətə lənət oxuyanların test perioduna son verib araşdırmaların yekununu elan etmək lazımdır. Virtaul küyə düşərək dövlət qurumlarında işləyə-işləyə antiazərbacyan fəaliyyəti göstərən sosial zavallıların ipucunu axtarmağa başlamaq lazımdır. Onda görəcəyik ki, kimin ipi kimi əlindədir. Şəxsən məndə belə bir əminlik var ki, şəbəkədə oturub gərginlik yaradanların bir qrupunun düyməsi bəzi sabiq, lap elə sadiq məmurların da əlində ola bilər.

Vəzifədən kənarlaşdırılan, amma pulu, var dövləti üstündə qalanların hesablarına bir baxmaq olardı. Mən təkcə bank hesablarını demirəm. Onların telefon nömrələrini, əlaqələrini təftiş etmək pis olmazdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2547   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

21:30 0
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

15:11 221
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12
.

Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO

Bakıda hotellərin birində zəhərlənən dörd dostla bağlı ilginc faktlar üzə çıxıb. Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib ediblər. Onlar iddia ediblər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildiriblər ki, hoteldə verilən göbələk onları zəhərləyib. İçkidən zəhərlənmələr

21:51 0
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251