Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqda

Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqdaAlmaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb.

1990-2016-cı illərin məlumatları əsasında aparılmış elmi araşdırma haqqında məqalə "Daily Mail" nəşrində dərc olunub.

Zərərli qidaların qəbulundan qaynaqlanan ən yüksək ölüm halları MDB ölkələrində qeydə alınıb. Post-sovet ölkələri reytinqin ilk 11 yerini tutur. Zərərli qidaların qəbulundan ən yüksək ölüm halları Özbəkistanda qeydə alınıb. Bu ölkədə hər 100 min nəfərə 394 nəfər qeyri-sağlam qidalanma qurbanı olub.

İkinci və üçüncü yerlərdə Türkmənistan və Qırğızıstan gəlir. Daha sonra müvafiq ardıcıllıqla Ukrayna, Moldova, Azərbaycan , Belarus, Tacikistan və Qazaxıstan gəlir.

Reytinq cədvəlinə görə, altıncı yerdə göstərilən Azərbaycanda hər 100 min nəfərə qidalanma ilə əlaqəli 319 ölüm halı düşür.

Reytinq tərtib olunan zaman insanların "qidalanma vərdişlərinin" müxtəlif risk faktorlarına, o cümlədən ürək-damar xəstəliklərə, artıq çəki, yüksək qan təzyiqi, fiziki yüklənmə səviyyəsinin aşağı düşməsinə təsiri nəzərə alınıb (spirtli içkilərin qəbulu nəzərə alınmayıb).
Avropada bu baxımdan ən az ölüm halları İspaniya, İsrail və Fransada qeydə alınıb. Bu ölkələrdə hər 100 min nəfərə 43-46 ölüm halı düşür.

Alimlərin hesablamalarına görə, Avropada ölüm hallarının yarısı qeyri-sağlam qidalanma ilə əlaqəli olub.

Həmçinin tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.

"Biz balanslaşdırılmış və sağlam pəhrizdən yararlanmaylıq, əks təqdirdə gələcəkdə ürək xəstəliklərindən ölüm halları daha da artacaq", - deyə araşdırmanın rəhbəri professor Stefan Lorkovski bildirib.

Onun sözlərinə görə İsveç və Norveç kimi ölkələrdə, ürək xəstəlikləri daha çox çərəz və ya taxıl mənşəli qidalara son dərəcə az müraciət edilməsi ilə əlaqəlidir. Mərkəzi və şərqi Avropada və həmçinin mərkəzi Asiya ölkələrində isə iridənli bitkilərdən istifadənin aşağı səviyyədə olması öz təsirini göstərir.

"Başqa dillə desək, ağ undan hazırlanan xəmir qidalar son illər ürək-damar xəstəliklərinin artımına təsir edən əsas faktordur", - deyə Lorkovski bildirib.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 826   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 329
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 216
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 911
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 134
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 311
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 365
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 171
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 792
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 489