"Əməliyyatda bacımın beyin ölümü gerçəkləşdi, meyitini vermirlər" - Məşhur klinikaya qarşı İTTİHAM

"Əməliyyatda bacımın beyin ölümü gerçəkləşdi, meyitini vermirlər" - Məşhur klinikaya qarşı İTTİHAM

Bakı Sağlamlıq Mərkəzində əməliyyat zamanı ölüm hadisəsi baş verib.

Bu barədə xəstənin bacısı Lalə Əbilova BiG.AZ-a məlumat verib. Onun sözlərinə görə, bacısı 34 yaşlı Əbilova Aytəkin Rəfail qızı əməliyyatdan sağ çıxmayıb:

"Bacım 3 gün öncə Bakı Sağlamlıq Mərkəzində çalışan Murad həkim tərəfindən ürəyindən əməliyyat edilib. İki aydır ki, ürək xəstəliyindən əziyyət çəkdiyini bilmişik. Əməliyyat zamanı bacımın beyni quruyub, beyin ölüb. 3 gündür ki, reanimasiyada yatızdırırlar. Deyirlər sabahı gözləyin. Profesor da gətirdik. Bu adamın beyni quruyub, inkişaf yoxdur. Aparatlara qoşub saxlayırlar. Xəstəxanadan bacımın meyitini vermirlər"

Qeyd edək ki, Aytəkin Əbilova ailəli olub, 2 övladı var.

Məsələni aydınlaşdırmaq üçün Bakı Sağlamlıq Mərkəzi və Murad həkimlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5692 Tarix: 12.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol