"O qadın mənə xəyanət etdi, sonra dedi ki..." – Namiq Qaraçuxurlu ilə müsahibə - FOTOLAR

"O qadın mənə xəyanət etdi, sonra dedi ki..." – Namiq Qaraçuxurlu ilə müsahibə - FOTOLARMeyxanaçı-müğənni Namiq Qaraçuxurlu musavat.com saytının suallarına cavab verib. Onunla yeni yaradıcılıq işlərindən, ətrafındakı qalmaqallardan və ailə həyatından danışdıq:

- Son olaraq "Acıbibər" mahnısını və klipini təqdim etdiniz. Namiqdən tam fərqli iş idi və birmənalı qarşılanmadı.

- Öncədən bilirdim ki, fərqli yanaşmalar olacaq. İki il öncə yay ayları üçün "Yeriniz məlum" mahnısını ifa etmişdim. O mahnını da oxuyanda tənqidlər eşidəcəyimi bilirdim. "Rəvayət"dən başqa bütün mahnılarım yavaş-yavaş sevilib. "Aci bibər"in də bəhrəsini görürəm. Sevənlər də, bəyənməyənlər də var. Bu normal haldır. Mahnını Elçin Cəfərov yazıb, onun üslubu mənim üçün yenidir.

- "Soyuqdur" mahnısı isə son illər ən çox rəğbət görən mahnılardan biri oldu. Niyə onu davam etdirməyib, fərqli janra üz tutdunuz?

- "Revayət" kimi hit Azərbaycanda heç bir mahnı, meyxana olmayıb. "Soyuqdur" mənim üçün əsərdir, çox dəyərrli mahnıdır. "Yeriniz məlum", "Acıbibər" mahnıları bir az satirikdir. Düşünürəm ki, yaradıcılığımda hamısının öz yeri var.

Başlamışam 2019-cu ilin ilk işlərini görməyə. Yeni mahnı yazdırmışam. Qarşıda böyük proyektlər var. Kişi müğənnilərin biri ilə duetimiz var. 2019-cu ilin səs-küylü layihələrindən olacaq.

- Böyük layihə olacağını dediniz. İllərdir ki, mahnılarınızı internet üzərindən təqdim edirsiniz. Sənət yoldaşlarınız kimi bu dəfə təqdimat mərasimi təşkil edəcəksiniz?

- Mənim öz aləmim, qaydalarım var. Gündəmdə olanda narahat oluram. Gecə gözümə yuxu getmir. Təqdimatların zamanı keçib. Adam jurnalisti çağırır ki, işimə qiymət ver. Amma tənqid eşidəndə özünü müdafiə edir, qəbul etmir, jurnalistlə dava edir. Zövqünə güvənib çağırdığın insanların fikirlərini qəbul etmirsənsə, təqdimat etməyin mənası yoxdur. İnsanlar var ki, hər il doğum gününü keçirir, eyni adamları hər il dəvət edir. Mən toyuma qonaqları utana-utana dəvət edirdim. Məclislər, partilər məni yorur. 40 yaşım var. Bir insanla dostluq etmişəm, nişanına, toyuna, övladının doğum günlərinə, nişanına, toyuna getmişəm. Bir neçə belə dostlarım var. Sonra məndən üz döndəriblər. Artıq bezmişəm. Adamlar var ki, hər gün məclisdədir, baxırsan ki, həvəslə ortadan çıxmır. O zaman dəhşətə gəlirəm ki, necə dözürlər?

- Tanınmış olmaq nə zamansa, sizi bezdiribmi?

- Allah eləməsin, bezəm. Məşhurluqdan, diqqətdən bezməmişəm. Mənasız məclislərdən bezmişəm. Ayın 14-ü ayağımın sınmağının 1 ili tamam oldu. Ayağım sınanda ilk ağlıma gələn o oldu ki, şükür canım qurtardı. Təsəvvür edin, hər gün köməkçimlə hazırlaşıb, 3-4 məclisə gedirik, amma qayıdanda cibimizdə pul olmur. Axır köməkçimə dedim ki, 20 gündür bəzənib gedirik, 1 manat qazanmamışıq. Dost-tanış o qədər çoxdur ki, hamısında yarım saat oxuyanda saatların gedir. Ətrafımız çox tələbkardır. Artıq buna dur demişəm. Özümə, ailəmə vaxt ayırıram. Bəzi insanların məndən istifadə etməsinə imkan vermirəm.

- Namiq Qaraçuxurlu 15 yaşı ilə qarşılaşsaydı, ona hansı sualı verərdi?

- Hazırda xarakterimin üzərində çalışıram. Eqoist olmaq istəyirəm, bəzən alınır, sevinirəm. 15 yaşımla qarşılaşsaydım, deyərdim ki, eqoist ol. Həyatımı hamı üçün yaşamaqdan bezdim. Bir də ayıldım ki, 38 yaşım var, mənim şəraitim yoxdur. Artıq özümü düşünürəm.

- Efirlərə artıq tez-tez çıxmırsınız. Bir müddət öncə də müğənnilər kampaniyaya başladılar ki, efirlərdə əxlaqsızlq təbliğ olunur, müğənnilər kukla kimi istifadə edilir, ancaq qalmaqal, qeybət, mübahisə edilir. Siz də televiziyadan üz döndərən sənətçilərdənsiniz?

- Xeyr, sadəcə bəzi televiziya əməkdaşlarının incəsənətdə, mədəniyyətdən xəbəri yoxdur. Elə söz var ki, mənə deyə bilər, amma onu yaşlı bir xalq artistinə deyə bilməz. Keçən dəfə Nanənin verilişində qonaq idim, zövq aldım, dincəldim. Yaradıcılıqdan danışdıq. Nanənin qəlbi, hissiyyatı var. Həvəslənib canlı oxudum.

İndi "Youtube"da kim varsa, efirdədir. Sosial şəbəkə "like"ları, "Youtube" baxışları vacibdir. Ona görə də biz efirdən uzaqlaşmışıq.

- İstəsəniz də, istəməsəniz də, tez-tez sizi qalmaqalın ortasında görürük. Son olaraq da müğənni Roza Zərgərli ilə mübahisə yaşadınız. Hazırda münasibətiniz necədir?

- Aramızda anlaşılmazlıq yarandı, bitdi. Efirdə gördüyünüz məsələlər düşmən olmağımıza səbəb deyil. Səsləndirilən fikirlər düşmənçiliyə doğru gedirdi deyə mən kənara çəkildim.

- Roza Zərgərli iddia etdi ki, Namiq qadınlardan gündəmdə qalmaq üçün istifadə edir. yenidən, Aygün Kazımova ilə sevgi münasibətiniz və işbirliyiniz hər qalmaqalda olduğu kimi gündəmə gətirildi.

- Düzdür. Roza xanımı məsələmiz tərbiyəsizliyə doğru gedirdi deyə susdum. Çünki əxlaqdan kənar atmacalar xoş deyildi. Kimsə məni keçmişim ilə "vurmur", sadəcə olaraq təsəlli tapır. Mənasız sözlər deyirlər, onların dediklərində həqiqət yoxdur.

- Ölkə gündəmini izləyirsinizmi?

- Hər gün izləyirəm. Xəbər portallarını, sosial şəbəkəni izləyirəm. Son olaraq bir kişinin xəyanət iddiası ilə xanımının saçını qırxması və videoya çəkib paylaşması günlərlə müzakirə olundu. Məsələyə sənət adamları da qoşuldu. Onlar çox vaxt xanımların tərəfindən çıxış edir. Amma artıq kişilərə ədalət istəməyin vaxtı çatıb. Xanımları sevə-sevə, qadın haqları deyə-deyə onlar çox ixtiyarlanıblar. Qadın haqları deyə-deyə kişilərin haqqına girirlər. Mən qadınların işləməsinin, təhsil almasının tərəfdarıyam. Amma qadının öz, kişinin öz işi var.

Ailə məsələlərinə qarışmağı sevmirəm, bu cür verilişlərə də dəvət ediblər, getməmişəm. O məsələnin həqiqətini bilmirik, xəyanət bir iddia idi. Bir müddət sonra məsələ bağlandı.

- Siz xəyanətlə qarşılaşmısınız və reaksiyanız necə olub?

- Üzləşmişəm, qadının üstündən xətt çəkib, münasibəti bitirmişəm. Mənim üçün asan proses olmadı. Bundan əlavə də qadın hər yerdə dedi ki, Namiq mənə xəyanət edib.

- Aygün Kazımova demişdi ki, sevgilisi ona xəyanət etdiyi üçün intihara cəhd edib. Hazırda söhbət ondan gedir?

- Həmin xanım tanınmış deyildi.

- Namiq Qaraçuxurlu ailəsini, xanımını efirdən, mediadan uzaq tutur. Hətta, iddia olunurdu ki, Namiq heç evlənməyib, pul yığmaq üçün toy edib. Nə zaman həyat yoldaşınızla görəcəyik?

- Onun da vaxtı var. Əlbəttə, həyat yoldaşımla da görünəcəyəm. Hələ ki, buna ehtiyac görmürəm. O da həvəsli deyil. Ailəmdən çox danışmaq istəmirəm. Sonra mənəviyyatdan uzaq insanlar elə şərhlər yazır ki, əsəbiləşirəm.

- Bəzi müğənnilər deyir ki, efirə ancaq oğlan övladlarını çıxarırlar, qızlarını insanların gözündən uzaq tutmaq istəyirlər. Sizin də qız övladınız var. Həmkarlarınızın fikri ilə razısınızmı?

- Mən də qardaşım oğlu ilə efirə çıxıram. Onunla "Papanın gül balası" klipində çəkildim. Bu sənətə gəlmək istədiyi üçün onunla görünürəm. Amma qızımı efirə çıxartmaq istəmirəm. Bəlkə də, nə vaxtsa məni xanımımla görə bilərsiniz, amma qızımla əsla. Onun haqqında danışmaq istəmirəm. Bəlkə, 50 yaşımda övladlarımla, nəvələrimlə görünməkdən həzz alacam. İndiki yaşım və fikirlərim ailəni gündəmdən uzaq tutmağı tələb edir.

"O qadın mənə xəyanət etdi, sonra dedi ki..." – Namiq Qaraçuxurlu ilə müsahibə - FOTOLAR"O qadın mənə xəyanət etdi, sonra dedi ki..." – Namiq Qaraçuxurlu ilə müsahibə - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2891   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

16:17 664
.

AzTV-nın keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO

AzTV-nın keçmiş aparıcısı Ceyran Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl Xalq artisti Röya Ayxana etdiyi dəstəkdən söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda televiziya ulduzu qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. C.Rəhimova bildirib ki, Aygün on

30.04.2024 4143
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1203
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 873
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 874
.

Aygün Kazımovanın sahildə çobanla maraqlı dialoqu - Video

Xalq artisti Aygün Kazımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, Pop kraliça sahildə dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Görüntülərdə sahildə dayanan çobanın Aygün Kazımovanı tanıması və ona yaxınlaşması əks olunub. Onlar arasında maraqlı dialoq keçib

15:12 2811
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1439
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1046
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 1751