Dəhşətli olay: Kişini qaçırdıb, qadın paltarı geyindirib zorladılar - VİDEO

Dəhşətli olay: Kişini qaçırdıb, qadın paltarı geyindirib zorladılar - VİDEO

Türkiyədə baş verən dəhşətli cinayətin təfərrüatı məlum olub.

Qazintepdə 4 nəfər birləşərək bir kişini qaçırıb. Daha sonra qaçırdıqları kişiyə qadın alt paltarı geyindirdikdən sonra zorlayıblar. Hadisə ilə bağlı tutulan 4 nəfər məhkəmə qarşısına çıxarılıb. Məhkəmə təqsirləndirilən şəxslərə 23 il 7 ay cəza istəyib.

Ər, arvad və dostları birlikdə bu cinayəti törədib...

Əbubəkir Say,arvadı Əsra Say və dostları Ömər Dev və Ömər Kılıc birlikdə cinayəti törədib.Amma məhkəmə prosesində onlar cinayəti boyunlarından atıblar. Araşdırma zamanı məlum olub ki, Əsra Say öz şəxsi telefonundan kişiyə mesaj yazıb. Daha sonra plana əsasən ərini və ərinin dostlarını evə çağırıb. Onlar birlikdə evə çağırdıqları kişiyə qadın alt paltarı geyindirərək zor təbiq ediblər.Daha sonra fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

mənbə: oxu24.com


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2391 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol