Azərbaycan həbsxanalarında transseksuallar: "Maviləri ayaqyoluna yaxın koloniyada..."
Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.
BiG.AZ media.az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.
Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər?
"Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil", - Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib.
Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda, qanun və saxlanma şərtləri hər kəs üçün eynidir.
"Biz ayrıseçkiliyin baş verməsinə icazə vermərik. Deyə bilərəm ki, onlar heç bir təzyiqlə üzləşmirlər. Əlbəttə, üzərində işlər aparılan xüsusi qrup var, ancaq ona oriyentasiyasından asılı olmayaraq, hər kəs daxil edilir", - o bildirib.
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bəyan edib ki, əgər transseksual qanun pozucularının sayı kifayət qədər olsaydı, o zaman onlar üçün koloniya daxilində xüsusi bölmələr yaratmaq olardı. Bu məhkumların şəxsi təhlükəsizlik maraqlarına görə ədalətli olardı.
Hüquq müdafiəçisi əlavə edib ki, əgər transseksual mühakimə edilsə və bununla yanaşı, onun həyatı və ya sağlamlığı üçün təhlükə olsa, təşkilat onun təhlükəsizliyini təmin etməlidir. Əsasən, bu hallarda digər koloniyaya köçürülmə və ya təcrid edilmə formasından istifadə edilir.
"Əgər xarici görünüşcə qadın, sənədlərdə isə kişi olan şəxs mühakimə edilirsə, o zaman həmin şəxs kişi koloniyasına göndərilir və təhlükəsizliyi təmin edilir. Əlbəttə, bu, sərt rejim olsa da, onun toxunulmazlığını təmin edir", - o bildirib.
Hüquq müdafiəçisi təsdiq edib ki, həbsxanalarda qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar saxlanılır.
"Bir neçə il əvvəl iki lezbiyan koloniyada toy təqlid edib. "Mavi"lərə gəlincə isə, onları ayaqyoluna yaxın kameralarda saxlayırlar. Homoseksuallar var, amma elələri də var ki, həbsxanada belə olurlar", - o qeyd edib.
E.Zeynalov bir fakta daha diqqət yetirməyi təklif edib.
Belə ki, transseksualların əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə diqqət yetirək. Əməliyyata qədər kişi cinsi orqanı olan qızları qadın koloniyasına heç kim buraxmaz. Ancaq əməliyyatdan sonra onlar adi qadın olurlar və rahatlıqla qadın koloniyasında qalırlar.
"Əsas problem əməliyyat edilməyən transseksuallarla bağlıdır. Həmin şəxslərin öz cinsindən olan insanlarla eyni koloniyaya salınması, əslində, onların bu cinsdən olanları əks cins kimi görməsi böyük münaqişəyə səbəb olur. Çıxış yolu ya əməliyyatın keçirilməsi, ya da təcrid edilmədir. Ümumiyyətlə, cinsi məsələlərlə bağlı cəzaçəkmə müəssisəsində ciddi problemlərimiz var", - o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6003 Tarix: 09 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var
14.12.2025 142 Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab
14.12.2025 146 BMT Baş katibi Sidneydə törədilən terror aktını pisləyib
BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib. "Report" xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb. "Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilə
14.12.2025 120 Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar
14.12.2025 139 Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq. "Report"un məlumatına görə, Tramp bunu "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəd
14.12.2025 105 Minlərlə il əvvəl yoxa çıxan göl Ölüm vadisinə qayıtdı
100 00 il əvvəl ABŞ-də yoxa çıxan Menli gölü indi yenidən Ölüm vadisində peyda olub. "Fox News"a istinadən xəbər verir ki, ərazidəki rekord miqdarda yağışlardan sonra su hövzəsi canlanıb. Alimlərin fikrincə, göl bir vaxtlar 257 kilometrədək uzanıb və təxminən 200 metr dərinliyə çatıb. Böyü
14.12.2025 155 ŞOK OLAY - Polisdən qaçmaq üçün GÖRÜN NƏ ETDİ
İtaliyanın Qalatone şəhərində qeyri-adi və gülməli hadisə baş verib. xəbər verir ki, polis tərəfindən axtarışda olan Qana əsilli 38 yaşlı kişi hüquq-mühafizə orqanlarından yayınmaq üçün Milad bayramı münasibətilə qurulmuş dini dekorasiyada gizlənməyə çalışıb. Şübhəli şəxs Məryəm və Yusif fiqurlarını
14.12.2025 215 Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy
14.12.2025 204 Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd
14.12.2025 181