Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7°, gündüz 7-9° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin səhər və gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3° dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 2-7° isti təşkil edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1204   Tarix: 23 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaponiya HDQ mina təmizliyi üçün Hörmüz boğazına göndərilə bilər

Yaponiya hökuməti İran tərəfindən minalanmış Hörmüz boğazının minalardan təmizlənməsi üzrə əməliyyatların keçirilməsi üçün Milli Özünümüdafiə Qüvvələrinin cəlb edilməsi ssenarisini istisna etmir. "Report" xəbər verir ki, bu barədə "Fuji TV"nin efirində Yaponiyanın xarici işlər nazir

22.03.2026 385
.

Ötən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanıla

22.03.2026 395
.

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində

22.03.2026 478
.

Dünyaca məşhur portallarda adı çəkilən azərbaycanlı pedaqoq

Bu yaxınlarda xarici ölkə xəbər portallarından əldə etdiyimiz məlumata görə, həmyerlimiz, ölkəmizdə tanınmış fizika müəllimi olan Nihad Şahbazov xarici ölkələrdə də öz işindən məharətlə söz etdirməyi bacarıb. Onun ölkəmizdəki nəticələri, həmçinin yaradıcı və elmi fəaliyyəti NBC, CNBC, ABC kimi tanınmı

22.03.2026 538
.

"Axios": ABŞ kəşfiyyatı İranda tezliklə hakimiyyət dəyişikliyinin olacağına inanmır

ABŞ kəşfiyyat idarələrinin rəhbərləri konqres üzvlərinə bildiriblər ki, İrana qarşı aparılan hərbi əməliyyata baxmayaraq, İslam Respublikasında hakimiyyət dəyişikliyinin əlamətləri qeydə alınmayıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı yazıb. Onları

22.03.2026 286
.

ABŞ-də Rusiyanın prezident seçkisinə mümkün müdaxiləsini araşdırmış xüsusi prokuror vəfat etdi

ABŞ-də 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırmaya rəhbərlik etmiş xüsusi prokuror Robert Müller 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə MS NOW nəşri mənbələrə istinadən məlumat yayıb. Müllerin ölüm səbəbi açıqlanmayıb. Lakin mənbələrin sözlərinə görə, o, uzu

22.03.2026 283
.

Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub

Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. "Martı

22.03.2026 355
.

Almaniyada apteklər maliyyə çatışmazlığı səbəbindən tətil elan edirlər

Almaniyada martın 23-də aptek əməkdaşlarının ümummilli etiraz aksiyası keçiriləcək. xəbər verir ki, bu barədə yazıb. Tətilin səbəbi kimi maliyyə çatışmazlığı və xərclərin artması göstərilir. Bu səbəbdən bir çox şəhərdə apteklər müvəqqəti bağlanacaq. Berlin, Münhen, Düsseldorf və Hannoverdə nümayişlə

22.03.2026 277
.

İran 23 gündür internetsiz qalıb

İranda internet bağlantısı artıq 500 saatdan çoxdur demək olar ki, tamamilə yoxdur. xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" "X" platformasında məlumat yayıb. "Artıq 528 saat keçib, İranda 23 gündür internet yoxdur", - deyə paylaşımd

22.03.2026 262
.

TOP MP3