Məşhur müğənni suda boğuldu - FOTO

Məşhur müğənni suda boğuldu - FOTO
Rumıniyanın ən məşhur müğənnilərindən olan Anka Pop həlak olub. O, maşınında boğulub.

Kanada vətəndaşı olan 34 yaşlı Anka Pop idarə etdiyi avtomobil Rumıyanın cənub-qərbindəki Danuba çayına düşməsi nəticəsində boğulub.

Olay dekabrın 16-da baş verib.

Onun yoxa çıxdığını bacısı polisə xəbər vermişdi. Onun dediyinə görə, bacısı bazar axşamı ailəvi şam yeməyinə gəlməmişdi. Polis axtarışa başlayıb və bir müddət sonra dayverlər Anka Popun avtomobildəki cəsədini Danubada tapıblar.

Rumıniyada doğulmuş Anka Popun ailəsi 1987-ci ildə sabiq Yuqoslaviyaya mühacirət etmiş, siyasi sığınacaq almışdı. Buxarestdə məskunlaşandan 7 ay sonra ailə Kanadaya yollanmışdı.

Kanadada müğənnilik karyerasına başlayan Anka vətəni Rumıniyada kommunist rejim devirləndən sonra Buxarestə qayıtmışdı.

İfa etdiyi musiqi Balkan vəı meysntrim pop-musiqisinin qarışığı olan Anka Popun ən məşhur mahnıları "Loco Poco", "Super Cool" və "Free Love" idi.

Yaponiyada pox populyar olan Anka Poa məşhur bəstəkar Qoran Breqoviçlə də əməkdaşlıq etmiş, "Champagne for Gypsies" albomunun hazırlanmasında iştirak etmişdi./milli.az/
Məşhur müğənni suda boğuldu - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1957 Tarix: 19.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol