Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ

Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ"Bizim Qarabağ boyda bir faciəmiz var. Vətən bütövlüyü uğrunda savaşmaq isə imandandır. Qeyri-bərabər döyüşdə Azərbaycan torpaqlarını zəbt etmiş qəddar, işğalçı tərəfi məhv edən şəxsi "qatil" adlandırmaq şərəfsizlikdir. Bu həm də onminlərlə şəhid, qazi haqlarına qarşı təcavüzdür".

BiG.AZ xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimova "qatil" deməsinə münasibət bildirən C.Əzimbəyli onu dövlətin maraqlarına zidd çıxış etməkdə ittiham edib:

"Milli Qəhrəman Mübariz İbrahimovun ünvanına Azərbaycan gəncliyinə yaraşmayan şəkildə Azərbaycan Respublikasının vətəndaşı olan bir şəxs tərəfindən sərsəm fikirlərin səsləndirilməsi absurddur. Ölkəmizdə milli və dini kimliyi bəlli olan, hətta olmayan şəxslərin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün vətən övladlarını rəhmətlə anırlar. Mübariz İbrahimov müasir Azərbaycanın şəhidlik məktəbi sayılır. Bunu ona görə deyirəm ki, 2016-cı il aprel hadisələrində iştirak edən tanıdığım onlarla Azərbaycan əsgəri Mübariz İbrahimovu özlərinə örnək seçmişdilər. Məni ən çox hiddətləndirən səbəb ondan ibarətdir ki, bu adam dayanmır. Etirazlara və sərt reaksiyalara baxmayaraq, hələ də sosial şəbəkələrdə yeni çıxışlar edir. Düşünürəm ki, Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti bu vətəndaşla bağlı ciddi araşdırma aparmalıdır. Ola bilər ki, bu şəxs siyasi savadsızlıqdan Ermənistanın xarici kəşfiyyat orqanlarının təsir dairəsinə düşüb. Hətta ola bilər, o, özü bundan xəbərsizdir. Dövlətin, millətin mənafeyinin qırmızı xətti var. O xətti keçmək artıq bizim milli təhlükəsizliyimizə təhdiddir. Bu çıxış Mübariz İbrahimovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində, böyük çətinliklərə ölkəmizə gətirilib göz yaşları içində dəfn edilməsinə qarşı sayğısızlıqdır. Yəqin ki, bu qızın çıxışlarını eşidən atası, doğması yoxdur. Çünki o, çağırışlarını davam etdirməkdədir.

Düşünürəm ki, həmin şəxs tez bir zamanda zərərsizləşdirilməlidir. Çünki onun çıxışları Azərbaycan dövlətçiliyi üçün təhdiddir. Azərbaycan qanunvericiliyi ilə həmin qıza cavab verilməlidir. Biz hüquqi bir dövlətdə yaşayırıq. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələnin üzərinə getməlidir".

Camal Əzimbəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət edib:

"Fürsətdən istifadə edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət ünvanlayaraq xahiş edirəm ki, birbaşa bu və bunun kimi Azərbaycanın milli mənafeyinə, ərazi bütövlüyünə təxribat xarakterli çıxış edən şəxslər vaxtında zərərsizləşdirilsin. Bu, bizim milli təhlükəsizliyimizə ən böyük xidmətlərdən biri olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3039   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 255
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 252
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 530
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 404
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 935
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 591
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 326
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 259
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 177