Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar? - FOTO

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar? - FOTODünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu il də bayram yarmarkaları ilə bağlı meriya və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Hər il olduğu kimi, bu il də yarmarkalar paytaxtın metro stansiyalaraına yaxın yerlərdə quraşdırılıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 yerdə olmaqla ümumilikdə 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

Bayram çadrlarında əsasən yeni il atributları, şam ağacı, Şaxta baba, Qar qız oyuncaqları satışa çıxarılıb. Ən çox alış-veriş edilən "28 May", "Gənclik", "Neftçilər" metro stansiyasının qarşısındakı yarmarkalardır. Səhər tezdən açılan çadırlarda alış-veriş gecə saatlarına qədər davam edir. Yeni ilə iki həftədən çox vaxt qalmasına baxmayaraq, satıcılar müştəri bolluğundan razılıq edirlər.

Satıcılar deyirlər ki, yarmarkada ən çox satılan mallar yolka oyuncaqları, zər və işıqlardır. Bayram yolkalarının bəzədilməsi üçün aksesuarların qiymətləri isə ölçüsünə, görünüşünə görə dəyişir. Belə ki, yolka oyuncağının qiyməti 2 manatdan 12 manata qədərdir.

Yolkaların qiymətləri isə 20-25 manatdan başlayır və 350-400 manata qədər davam edir. Ən çox tələbat isə qiyməti 80-100 manat arası olan orta ölçülü bəzək ağaclarınadır.

Müştərilər ucuz mal axtardığından daha çox tək-tək satılan oyuncaqlara üstünlük verirlər. Onların qiymətləri isə 60-70 qəpikdən başlanır, 2,5-3 manata qədər davam edir.

Şaxta baba oyuncaqlarının qiymətləri isə 8 manatdan başlayır. Daha böyük ölçüdə yeni il atributunun qiyməti isə 25-30 manatdır.

Hədiyyəlik krismas corabının qiyməti ölçüsündən asılı olaraq 2-7 manat arasında dəyişir. Yeni il süfrələri isə ötən illərdən daha baha - 15-25 manata satılır.

Yolka işıqlarının qiymətləri ölçülərinə və rəngarəngliyinə görə fərqlənir. Çin istehsalı olan işıqların qiymətləri 3-7 manat arasında dəyişir.

Dekabrın 1-dən isə Bakının Fəvvarələr meydanında ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. "Nargis Fund"un təşəbbüsü ilə keçirilən yarmarka paytaxt sakinlərinin və Bakıya qonaq gələn şəxslərin marağına səbəb olub.

Xeyriyyə yarmarkası 2019-cu il yanvarın 6-dək davam edəcək və tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək.

Qeyd edək ki, bayram yarmarkalarının təşkilində məqsəd Yeni il ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.

Bayram yarmarkalarının 2019-cu ilin yanvarın 3-dək davam edəcəyi nəzərdə tutulub.

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar? - FOTOBakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 2
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 143
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 145
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 95
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 641
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 117
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 182
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413