"Elə bildim ki, kimsə yenə dava salıb" - Narkoloji Mərkəzdə müalicə olunan şəxslər danışdılar

"Elə bildim ki, kimsə yenə dava salıb" - Narkoloji Mərkəzdə müalicə olunan şəxslər danışdılarBakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Famil Laçınov dindirilib.

O bildirib ki, narkotik asılılığından xilas olmaq üçün elə yanğın baş verən gün Mərkəzə müalicə olunmağa gəlib: "Mərkəzə qardaşım apardı. Günorta ora çatdıq, axşam isə yanğın oldu. Həmin vaxt yatmışdım. Daha sonra səs-küyə oyanıb çölə qaçdım. Mən 5-ci palatada qalırdım. Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib.

F.Laçınov ifadəsində qeyd edib ki, daha əvvəl də müəyyən fasilələrlə mərkəzdə müalicə alıb və buna görə də təqsirləndirilən şəxslərin hər birini tanıyır.

Daha sonra digər zərərçəkmiş Yaşar Tağıyev dindirilib. O da narkotik istifadəçisi olduğu üçün Mərkəzə məcburi müalicəyə göndərildiyini söyləyib.

Zərərçəkmişin sözlərinə görə, Mərkəzdə yanğın hadisəsi baş verən zaman 16-cı palatada olub: "Palatada heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Həmin gün öz yerimdə uzanmışdım. Birdən səs gəldi. Elə bildim ki, kimsə yenə dava salıb. Fikir vermədim və yenidən yatağıma uzandım. Sonra "su gətirin" deyə qışqırdılar. Bu dəfə fikirləşdim ki, kiminsə ürəyi gedib və yəqin su istəyirlər. Artıq səs-küy çoxaldı, yanğın baş verdiyini söylədilər. Mən də tez dəhlizə çıxdım, hər yer tüstü içərisində idi. Sonra çölə qaçdım".

Bu zaman təqsirləndirilən M.Məmmədov vurğulayıb ki, yanğın zamanı ilk həyətə çıxan 5 nəfərdən biri olub. O, hadisə zamanı oradan qaçmadığını bildirib.

M.Məmmədov zərərçəkmiş Y.Tağıyevə "həyətə çıxanda kimləri gördün?" sualını verib.

O, əvvəlcə qapıların bağlı olduğunu, açılanda hamının bir yerdə dəhlizə, oradan isə həyətə çıxdığını deyib: "Həmin vaxt basabas olduğu üçün kiminsə üzünü dəqiq xatırlamıram. Yanğından on gün sonra hadisənin Məhəmməd Məmmədov tərəfindən törədildiyini eşitdim".

Məhkəmədə hakim təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib. Lakin onlar bildiriblər ki, zərərçəkmişlər və şahidlər dindirildikdən sonra ifadə verəcəklər.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245