Hava kəskin DƏYİŞƏCƏK: güclü yağış, QAR YAĞACAQ, şaxta olacaq

Hava kəskin DƏYİŞƏCƏK: güclü yağış, QAR YAĞACAQ, şaxta olacaqSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2030   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 169
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 186
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404