"Heydər baba, ömrümün sonuna qədər sizə borcluyam" - Tanınmışlar Heydər Əliyevi belə andı

"Heydər baba, ömrümün sonuna qədər sizə borcluyam" - Tanınmışlar Heydər Əliyevi belə andıBu gün ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür.

Axşam.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları Ulu öndərlə bağlı paylaşımlar edərək, onun xatirəsini yad ediblər.

Lalə Azərtaş: "10 may 1923-cü il... Siz hər zaman bizimləsiniz... Siz qəlblərə sevgi ilə həkk olunmusunuz. Sizə olan sevgidə sözlər acizdir".
Natavan Həbibi: "O, bütün həyatını xalqına həsr edən, vahid dövlət yaradan və bu dövləti nəhəng siyasətçi kimi idarə edən bir dahi idi. Ölkəmizin fəxri olan Heydər Əliyev bu gün bizimlə olmasa da, daim bütün azərbaycanlıların qəlbində sevgi, hörmət və dualar içində yaşamaqdadır. Qürur duyuram ki, Leyla xanım Əliyevanın öz babasına - Ulu öndərə ithaf etdiyi şeiri və bu sözlərə hörmətli Novruz Aslanın bəstələdiyi mahnını ifa etmişəm. Ümummilli liderimiz Heydər Əliyevi sevgi və hörmətlə anırıq".

Murad Dadaşov: "Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, böyük vətəndaş, hər birimiz üçün əziz və doğma insan, Prezident Heydər Əliyevin xatirəsini qürur və şərəflə anırıq".

Nigar Camal: "Allah rəhmət etsin. Hər zaman bizim qəlbimizdə olacaqsınız".

Aybəniz Haşımova: "Ömrüm boyu dəmişəm və həmişə də deyəcəm: Dahi ustadlarımdan aldığım dərslərə, mənə musiqi dünyasının bütün aşılmaz qapılarını üzümə açdığınıza, məni Azərbaycan xalqının peşəkar musiqisinə gətirdiyinizə görə, sizə Heydər baba, ömrümün sonuna qədər borcluyam. Ən azı, mənim təhsil aldığım Bülbül adına orta ixtisas musiqi məktəbi, sonra Musiqi Akademiyası və İncəsənət Universitetində məhz sizin sayənizdə 100-dən çox tələbə təhsil aldı. Bu gün o insanların hamısı musiqi sahələrində çalışmasa belə, sayənizdə ali təhsil sahibləridir. Arzu edirəm bütün vəzifədə olanlar bu missiyanı davam etdirsinlər. Təhsil vermək savabdır. Qoy bu etdiyiniz savablar Heydər baba, əməl dəftərinizə yazılsın. Allah sizə rəhmət etsin".

Firəngiz Mütəllimova: "Ulu öndərimiz Heydər Əliyevin anım günü. Allah rəhmət etsin. Nurlar içində yatsın dahi insan. Biz sənət adamlarına etdiyiniz yaxşılıqları heç vaxt unutmarıq".

Rəşad İlyasov: "Ulu öndərə dərin hörmət və ehtiramla. Ruhunuz şad olsun".

Əkbər Əlizadə: "Azərbaycanın qurucusu və memarı Ulu öndər, Ümummilli lider Heydər Əliyev, hər zaman qəlbimizdə və yaddaşımızdasınız. Allah rəhmət etsin".

Nərgiz Cəlilova: "Böyük şəxsiyyət, insan Heydər Əliyevi sevgi və hörmətlə anırıq".

Elvin Abdullayev: "Ulu öndərimiz, ruhunuz şad olsun".

Sevinc və Sevil Səfərova: "Tarixdən silinməyən dahi, ulu öndər Heydər Əliyev. Allah sizə rəhmət etsin".

Roza Zərgərli: "Böyük lider, şəxsiyyət, siyasətçi, sizi sevgi və sayğıyla anırıq, Ulu öndər Heydər Əliyev. Ruhu şad olsun, Allah rəhmət etsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 718   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697