Qızının qəzadan əvvəlki son videosunu yaydı

Qızının qəzadan əvvəlki son videosunu yaydı
Müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksinanın Kosta-Riqada avtomobil qəzası keçirməsindən 2 ay ötüb.

Ciddi xəsarət alan və beş dişi qırılan qızın müalicəsi hələ də davam edir. Həkim qızın sağalması üçün yarım il vaxt lazım olduğunu bildirib.

Uspenskaya qızının qəzadan əvvəlki görüntüsünü yayımlayıb. "Övladdan şirin heç kim yoxdur bu həyatda. Hər bir ana məni başa düşər. Bizim övladlarımız ancaq bizi xoşbəxt edə bilər. Şükür, hər şey geridə qaldı" deyə, müğənni söyləyib.

Lyubov övladının səhhəti üçün külli miqdarda pul xərclədiyini də bildirib. Bunun üçün o, təxmini 8 milyon rubl ödəyib. (axşam)


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1512 Tarix: 09.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər