Süni qida terroru: Kökünü kəsmək mümkün deyil - Baş pediatr

Süni qida terroru: Kökünü kəsmək mümkün deyil - Baş pediatr"Ana dərk etməlidir ki, körpəsini südü ilə qidalandırmırsa, inək südü, yaxud onun bazasında hazırlanmış süni qida qatışıqları verirsə, uşağı çox böyük risklər, xəstəliklər qarşısında qoymuş olur".

BiG.AZ medicina.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.

Ölüm hallarında uşaqlarının ana südündən məhrum edilməsinin də çox ciddi rol oynadığını qeyd edən baş pediatr deyib ki, hər bir canlının öz balası üçün hasil etdiyi süd maksimum spesifik və maksimum adekvatdır: "Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında" qanunun üçüncü bölməsi bütövlükdə ölkəyə gətirilən süni qida qarışıqlarının satılması və yayılmasına dövlət nəzarətinin təmin olunmasından bəhs edir. Azərbaycanda bu gün demək olar ki, dövlət tibb müəssisələrində, dövlət telekanallarında bu məsələyə riayət olunur. Amma çox təəssüf ki, özəl telekanallarda, digər KİV-lərdə bu qanunu pozmağa cəhdlər olur. Bunun üçün də Nazirlər Kabineti qanunda göstərildiyi kimi tədbirlər görməlidir. Lakin indiki ədalət naminə bir məqamı da qeyd etmək lazımdır. İndi Bakı və respublikanın digər yerlərində süni uşaq qidaları ilə bağlı heç bir reklam lövhəsinə rast gəlmək mümkün deyil. Amma 1990-cı illərdə hər yerdə böyük reklam plakatları asmışdılar ki, filan süni qida belə yaxşıdır. Hətta SSRİ zamanında da belə reklamlar var idi. İndi həmin reklamlar yığışdırılıb. Ancaq təəssüf olsun ki, bəzi özəl telekanalları, KİV-lər bu sahədə pozuntulara yol verirlər. Təbii ki, Səhiyyə Nazirliyi bununla bağlı xəbərdarlıq edir, lakin bu reklamların tam kökünü kəsmək mümkün deyil. Dünyada da mümkün deyil. Çünki süni qidalar istehsal edən şirkətlərin imkanları geniş, maliyyə imkanları genişdir və bundan da istifadə edirlər. Ona görə də hər şey insanın öz əlindədir. Əgər ana uşağı döşdən ayırıb süni qida vermək istəyirsə, bunun qarşısını kim almalıdır? Ana özü bunu dərk etməlidir. Cəmiyyətin ümumi təsiri, birgə fəaliyyəti nəticəsində bu problem aradan qaldırıla bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3509   Tarix: 08 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1277
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 552
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 743
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 807
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 1067
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 808
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 302
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23457
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 970