"Kameral yoxlamaların sayı 3 dəfə azalıb" - Mikayıl Cabbarov

"Kameral yoxlamaların sayı 3 dəfə azalıb" - Mikayıl Cabbarov"Ötən illə müqayisədə bu il Vergilər Nazirliyi kameral yoxlamaların sayını 3 dəfə azaldıb"

BiG.AZ xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında "Biznes Azərbaycan" verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Vergilər Nazirliyi məsafədən nəzarət və təhlil imkanlarını genişləndirib.

"Təbii olaraq müxtəlif dövlət orqanlarında, açıq məkanda olan bu yeni datanın, yeni verilənlərin qanuni şəkildə toplanılması və emal edilməsi prosesi davamlı olaraq aparılır. Vergilər Nazirliyi vergi ödəyicilərini qanunvericiliyə uyğun olaraq risklərə bölür və təhlil edir. Son bir neçə həftə ərzində biz öz xidmətimizdə daha bir yeniliyin tətbiqinə başlamışıq. Əgər vergi ödəycisi riskli vergi ödəyicisi ilə hər hansı bir əqdi həyata keçirmək istəyirsə, ona avtomatik qaydada bir məlumat gedir. Ona bildirilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək risk qrupuna aiddir. Vergi ödəyicisi bu bildirişi elektron formada alır və öz qərarını verir. Bundan sonra o, əməliyyatın edilməməsi ilə bağlı qərar verirsə, bu, şüurlu bir qərar olur. Bu yenilik riskli vergi ödəyiciləri ilə əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Riskli olmayan vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əqdi aparması öz riskini artırmaq deməkdir. Bu, səyyar vergi yoxlaması və digər tədbirlər üçün belə demək mümkündürsə, bir dəvətdir. Çünki, risklərin də müəyyənləşdirilməsinin məqsədi onların öncədən qarşısının alınmasına nail olmaq, vergidən şüurlu, yaxud şüursuz yayınmasının qarşısının alınmasıdır. Vergilər Nazirliyi öz rəqəmsal imkanlarını, məlumatların elektron təhlil imkanlarını davamlı artıracaq. Bunun vergi ödəyiciləri üçün ən böyük faydası üfüqi monitorinq adlandırdığımız məsafədən təhlil mexanizmləri, yəni vergi ödəyiciləri ilə birbaşa ünsiyyətdə olmamaq şərti ilə onun fəaliyyəti barədə vergi orqanının zəruri və hüquqi olduğu bütün məlumatları əldə etməklə müvafiq qərarların verilməsi və həmin qərarların keyfiyyətinin artırılmasına xidmət etməsidir", - deyə M.Cabbarov vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 371   Tarix: 07 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 424
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 180
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1465
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 297
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 340
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 178
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 676
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1694
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 240