Qalmaqal! Aygünü Üzeyirlə duet oxuduğuna görə "topa tutdular"

Qalmaqal! Aygünü Üzeyirlə duet oxuduğuna görə Şou-biznesin səviyyəsiz, bayağı mahnılar ifaçısı kimi qəbul edilən gənc müğənni Üzeyir Mehdizadə ilə Xalq artisti, estradamızın "super starı" sayılan Aygün Kazımova duet oxuyub. Bu dueti hər iki müğənni dünən ATV-də Nanə Ağamalıyevanın təqdimatında olan"Gün keçir" verilişində ifa ediblər. Bunda sonra isə şou aləmində bu duetlə bağlı kəskin çıxışlar başlayıb. Hər kəs bu cütlüyü birmənalı qarşılamadı. Kimi bəyəndi, kimi isə Aygün Kazımovanı tənqid etdi ki, niyə bayağı mahnılar ifaçısı ilə duetə razılaşıb.

Modern.az şou aləminin yeni duetinə ayrı-ayrı sahələrin insanlarından münasibət öyrənməyə çalışıb.

Azərbaycan şou-biznesinin qalmaqallı və hər kəsdən narazı müğənnisi Əli Mirəliyev bildirib ki, Aygün pis-yaxşı oxuyub, ona Xalq artisti adını veriblər, amma yeni duetini bəyənmir:

"Bütün insanlar, professional müğənnilər, Xalq artistləri, elə adı olmayan mənim kimi sadə müğənnilər, yəni musiqini bilən insanlar həmişə istedadlı şəxslərə kömək etmək istəyirlər. Amma Üzeyir kimi istedadsıza kömək etmək düzgün deyil. Aygünün Üzeyirə kömək etməyinin tək səbəbi maddi maraqdır. Bunun adını yalandan qoyacaqlar ki, kömək edirəm.
Aygün axı sən bilirsən ki, Üzeyir oxuyan deyil, bu insanda səs yoxdur oxumaq üçün. Bu o demək deyil ki, pis insandır. Amma oxuya bilmir. Allah verməyib bu insana səs. Amma bu "Zəngimcel"lərdə onun mahnılarını o qədər səsləndiriblər ki, cavan uşaqlar, belə deyək Üzeyirin fanatları, qoşun olub onun arxasında. Aygünlə prodüsseri Tolik də maddi maraq üçün bu addımı atıblar. Yəni Aygünün konsertlərinə insanların gəlməsi üçün Üzeyirdən istafadə ediblər".

Əli Mirəliyev bildirib ki, əgər Aygün Kazımovanın istedadlı insanlara yazığı gəlirsə, getsin müğənnilər Teymur Əmrahla, Eltonla, Zamiqlə, Nurlan Növrəsliylə, Abbas Bağırovla duet oxusun.

"Niyə oxuya bilməyən, səsi olmayan bir insanla duet oxuyursan? Burada maraq nədədir? Sən bizə nə demək istəyirsən? Yəni sən bütün oxuyanlara demək istəyirsən ki, siz oxuya bilmirsiz? Sən bizdən çox bilirsən?.
Mən Üzeyirə deyirəm ki, ay oğul, sən nə janrında oxuyursan? Deyir ki, mən Üzeyir janrında oxuyuram. Üzeyirin bir dənə janrı var, o da Üzeyir Hacıbəyli janrıdır. Biz bugün o janrdan bəhrələnmişik, o janr davam edir, simfonik orkestlər, romanslar, xalq mahnıları, təsniflər bunların hamısı Üzeyir Hacıbəylinin açdığı yoldur. Bəs sən Aygün hansı yoldasan? Axı sən Xalq artistisən. Hansı yolu təbliğ edirsən bizə? Bu cinayətdir, belə addımlar Xalq artistinə baş ucalığı gətirməz, əksinə o bir daha sübut edir ki, səviyyəsi hələ özfəaliyyətdir".

Əli Mirəliyev sonda bildirib ki, Aygün Kazımova Xalq artisti adına layiq deyil. Ona görə ki, o sənəti, ciddi musiqini maddi marağa, pula qurban verir.
"Ona görə də mən bu addımı qətiyyən pisləyirəm. Mənim üçün bu çox biabırçı bir işdir" deyə müğənni vurğulayıb.

Əməkdar artist Firuzə İbadova da bu yeni duetə müsbət münasibət bildirib. Onun sözlərinə görə, Üzeyir gənc də olsa, onun öz dəsti-xətti var və çox tərbiyəli, öz yerini bilən, qanacaqlıdır.
"Allah onu qorusun. Aygün xanım isə səhnəmizə yeniliklər gətirən sənət fədaisidr, onlara uğurlar".

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev isə bildirib ki, Üzeyir Hacıbəyliyə hörməti var idi, indi də Üzeyir Mehdizadəyə hörməti yaranıb və bu hörmət getdikcə artır.
"Bu şəxs ciddi sənət hesab olunan estrada janrının nəhənglərini – Xalq artistini öz ayağına gətirməkdədir".

Aygün Kazımovanın prodüseri Tolik də bu məsələyə öz münasibətini belə bildirib.
"Kim nə deyirsə desin, mənə elə gəlir ki, ən yaxşı addımı Aygün xanım atdı. Üzeyir barədə kim nə fikirləşirsə fikirləşsin, o öz hesabına özü yazdığı pis-yaxşı, bəzilərinin dediyi kimi bayağı mahnılarıyla Youtube-da 350 min baxış toplayan gəncdirsə, elə Aygün xanımın ona dəstək olmağı da böyük addım idi".

Prodüser əlavə edib ki, kimin xoşu gəlmirsə mahnıya qulaq asmaya bilər.
"Əgər bu dueti 5, nə bilim 100, hətta 100 min adam da bəyənməsə, bu mahnı oxunacaq, ona görə də bəziləri öz məsləhətlərini özlərinə saxlasınlar".

Tolik Əli Mirəliyevin açıqlamasına da münasibət bildirb. O, qeyd edib ki, Əli Mirəliyev insan cildində olan bir məxluqdur.
"Ay Əli sən haranın müğənnisi olmusan? Oxuduğun dövrdə "Yaraşaydı, yaraşaydı" mahnısından başqa heç bir mahnın olmayıb".

Şahin Cavadsoy elə veriliş efirdə olarkən qonaq qismində çıxış edib və duetdən sonra bu addımı alqışladığını bildirib. Bundan başqa Facebook sosial şəbəkəsindəki statuslarında jurnalist aşağıdakı statusları yazıb.
"Onun adı AyGün! Bizim AyGün! Üsyankar Kazımovamız. Fərqli layihəsi ilə gündəmi silkələməyə müvəffəq olan xalq artistimiz. Əliyev Tarikin ideyası, şou-dünyasında əsl bombasını partlatdı...
... Tam səmimi sözümdür, AyGün Kazımova, Üzeyir Mehdizadə işbirliyi çox xoşuma gəldi. Ən azından fərqlilikdi. Bəli, qoy bütün aləm onlardan danışsın".

"Anspress.com"un əməkdaşı Zülfiyyə Qurbanova bildirib ki, bu duet əsl biabırçılıqdır.
"Aygün Kazımova sənətçi kimi olan-qalan nə hörməti var idisə, onu da itirdi. Çünki Üzeyir özü yaxşı uşaq ola bilər, amma müğənni kimi heç kimdir, heç nədir".

Jurnalistin sözlərinə görə, musiqiçilərlə müzakirələr zamanı həmişə deyirlər ki, Üzeyir qışqırır, müğənni kimi müğənni deyil, düzgün oxumur, tam xaric oxuyur:
"Ümumiyyətlə o oxuyanda notlar, harmoniya yerində olmur. Ola bilər ki, mən başa düşmürəm, ya mən düzgün qiymətləndirə bilmirəm onu.
Aygünün də qeyri-peşəkarla bir səhnədə olması, oxuması düzgün deyil. Aygün özünə görə müğənnidir, özünü hörmətdən saldı".

"Mərkəz" qəzetinin əməkdaşı Cəvahir Səlimqızı da yeni cütlüyün ifasını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, bu addım Aygün Kazımovanın növbəti uğursuzluğudur, bəlkə də ən böyük uğursuzluğudur.
"Əslində o, birinci dəfə ilk uğursuzluğunu meyxanaçı Namiqlə duet oxuyarkən başladı. Namiqlə duetlərdən sonra Aygün düşdü, Namiq isə qalxdı.

Əslində biz həmişə Üzeyir kimi oxuyanları tənqid edirik, amma Aygünün, Xalq artistinin onunla oxuması, bunu tamaşaçılara sırıması düzgün deyil"- deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə Üzeyir kimi adamların efirə çıxması elə televiziyaların özlərinin də marağındadır. Mahnıya da münasibət bildirən C.Səlimqızı qeyd edib ki, "çox mənasız, bayağı bir mahnıdır. Ümumiyyətlə, Üzeyirin səsini eşidəndə adamı yuxu tutur. Mən yaraşdırmazdım ki, Xalq artisti, xalqı təmsil edən müğənni Üzeyirə qoşulub, bayağı, ucuz bir mahnı ifa etsin. Çox uğursuz bir layihədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9014   Tarix: 04 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964