Bu dəfə Putin oyuna girir... - Vəliəhdlə ANLAŞMA

Bu dəfə Putin oyuna girir... - Vəliəhdlə ANLAŞMAABŞ prezidenti Donald Trampın Səudiyyə kralı əlbir olub neftin qiymətini kəskin aşağı salmasından sonra oyuna Rusiya prezidenti Vladimir Putin daxil olur.

Argentinada bu gün işə başlayan G20 sammiti çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi , müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə hədəfdə olan Məhəmməd bin Salmanla görüşündə hasilatın artırılması barədə razılıq əldə edəcək. Bu razılaşmanın dekabrın əvvəllərində Vyanada keçiriləcək OPEC+ toplantısında rəsmiləşdiriləcəyi gözlənilir.

Bu xəbərlərdən sonra dünya bazarlarında bareli təxminən 58 dollara qədər ucuzlaşan "Brent" nefti yenidən bir qədər bahalaşıb, amma 60 dolları keçə bilməyib. Oktyabrın əvvəllərindən isə "Brent" markalı neft 30 faizə qədər ucuzlaşıb. Əgər hasilatın artırılması barədə Putin-Salman anlaşması rəsmiləşərsə analitiklər qiymətin yenidən 70 dollara qədər arta biləcəyini təxmin edir.

"Reuters" xəbər verir ki, Moskva Vyana toplantısı ərəfəsində OPEC ölkələri ilə hasilatın azaldılmasına dair yeni anlaşma barədə danışıqlar aparır. Əsas danışıqlar Səudiyyə Ərəbistanı il gedir, amma müddət və ixtisarın həcmi barədə məlumat yoxdur. Noyabrın 27-də isə Rusiyanın energetika naziri Aleksandr Novak neft şirkətlərinin bosslarını kabinetinə toplayıb və onlarla OPEC+ razılaşmasının gələcəyini müzakirə edib.

Bu razılaşma OPEC üzvü olan və olmayan neft ölkələrinin hasilatın həcmini gündə 1.5 milyon barrel azaltmasını nəzərdə tuturdu. Həmin razılaşma sayəsində bir vaxtlar 50 dollardan da aşağı enən neft yenidən bahalaşdı və bir neçə ay əvvələ qədər 80 dollardan da baha satılırdı. Anlaşmanın əldə edilməsində Putinin həlledici rolu vardı, çünki Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralını öz tərəfinə çəkməyə nail olmuşdu.

Neftin bahalaşması sayəsində Rusiya iqtisadiyyatı az da olsa dirçəldi, rublun dəyərdən düşməsi prosesi qismən dayandı. Amma indi Tramp Tvitter-də lovğalanır ki, o, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə neft hasilatının artırılması üçün anlaşdı və nəticədə qiymətlər kəskin aşağı düşdü. Belə vəziyyət isə günü-gündən sərtləşən sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyyatı üçün heç də arzuolunan deyil. Və əlbətdə ki, Putini ciddi narahat etməlidir. Nəticədə Putin Xaşoginin öldürülməsinə görə hakimiyyəti laxlayan vəliəhdlə anlaşır və dekabrın 6-da Vyanada hasilatın azaldılmasına dair yeni razılaşmanın əldə olunmasına çalışır.

Amma Tramp da sürprizləri xoşlayır. Məsələn o, G20 sammitində Putinlə görüşünü praktiki olaraq təyyarəyə oturarkən ləğv edib. Bu baxımdan məlum deyil ki, OPEC+ razılaşmasının gələcəyi ilə bağlı kralın özünün qərarı necə olacaq.

Hələlik isə neft treyderləri gözləmə mövqeyindədir və Argentinadan gələcək xəbərləri gözləyirlər. Nəticədə neftin qiyməti 60 dollardan bir qədər aşağıda nisbi sabitləşib. Əgər Putin-Salman görüşünün nəticəsi olaraq hasilatın azaldılması qərarı rəsmən açıqlanarsa gözlənilir ki, qiymətin artma tendensiyası başlayacaq.

/Virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1274   Tarix: 30 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672