Nazir Umayra Tağıyevaya yeni vəzifə verdi

Nazir Umayra Tağıyevaya yeni vəzifə verdiEkologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyevaya yeni vəzifə verib.

U.Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, xanım Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 30 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş