Qanuna dəyişiklikdən sonra pensiyalar necə hesablanacaq - Ekspert detalları açıqladı+ HESABLAMA

Qanuna dəyişiklikdən sonra pensiyalar necə hesablanacaq - Ekspert detalları açıqladı+ HESABLAMAYaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan təklifin detalları məlum olub.

Tanınmış iqtisadçı Rövşən Ağayev həmin detallara aydınlıq gətirib.

R.Ağayev bildirib edib ki, hazırkı qaydaya görə, tələb olunan pensiya yaşına çatan şəxslər (hazırda kişilər üçün 63, qadınlar üçün 60) üçün 2 tələbdən biri ödənməlidir:

1) ya ən azı 25 il sığorta stajı olmalı;

2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya almağa imkan verməlidir. Hazırda minimum pensiya 110 manatdır. Bu məbləğin yaranması üçün, şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 15840 manat olmalı idi".

Onun sözlərinə görə, hazırkı reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi:

Yeni dəyişiklik isə belədir: Pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə barabər götürələcək. Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq.

2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:

1) 2006 yanvar-2017 iyun tarixində toplanmış sığorta kapitalı 80% arıtırılır, ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

2) 2017-ci iyul-2018 dekabradək toplanmış sığorta kapitalının 90%-i götürülür və alınan rəqəm yenə ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

3) 2005-ci ilin sonunadək müəyyən edilən 7650 manat da nəzərə alınmaqla 2006-2018-ci illərdə toplanan kapitalın həcmi ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür və pensiyanın həcmi tapılır.

Bir sözlə 25 illik staj tələbi həll edildi, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.

Yeri gəlmişkən bu qayda 2019-2020-ci ilərdə yaşa görə pensyaya çıxanlara aiddir. 2021-cii ildən başlayaraq isə 25 illik güzəşt hər il 1 il azaldılacaq. Məsələnə, 2025 ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerə qalan 5 ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacibdir".

Pensiya yaşına gəkdikdə isə ekspert deyib ki, yeni dəyişikliklə sığorta stajı məsələsi demək olar həllini tapır:

"İndiki orta ömür uzunlğu ilə müqayisədə 65 yaş kişilər üçün yüksəkdir. Ən azından 2030-cu ilə qədər 63 yaş səviyyəsində saxlanması məqbuldur. Bir də müəyyən peşə xəstəliyi tutmaq riski yüksək olan sahələr var ki, onların da erkən pensiyaya çıxmaq hüququ tanınmalıdır. Bu xüsusən müəllimlərə aiddir. Məsələn, minimum 35 il staj toplayan müəllimləri, özləri istədikdə pensiyaya çıxarmaq mümkündür. Amma burda vacub məsələlərdən biri odur ki, müəllimlərin pensiyası onların aylıq maaşına fazilə bağlansın və həbçilərdə, deputatlarda, məmurlarda olduğu kimi maaşların 70-80%-dən az olmasın. Bir Türkiyədə olduğu kimi onlara hesablanmış pensiyanın 1 illiyi həcmində birdəfəlik müavinət verilsin".

mənbə: mia.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1830   Tarix: 27 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

16:09 127
.

Qadınlar niyə iş yerlərində kişi işçilər tərəfindən qısqanclıqla qarşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Qadınlar iş yerlərində kişi həmkarları tərəfindən qısqanclıqla qarşılaşırlar. Qadının iş yerindəki uğuru çox vaxt kişi həmkarları tərəfindən həzm edilə bilmir. Nəticədə qadınlar kişi işçilər tərəfindən daim təzyiqlə üzləşirlər. Mövzu ilə psixoloq Ezgi Şahin BİG.AZ-a açıqlamasında bildirdi ki, qısqanclıqla

15:06 165
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

17:33 0
.

"Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu" - Sevda

Müğənni Sevda Yahyayeva böyük qızı Ayla ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladının 3 yaşı tamam olduğunu yazıb. "Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu. Aylam. Səsinlə ruhumu sakitləşdirən, gülüşünlə dünyamı gözəlləşdirən qızım. Ad günün mübarək, ananın ürəyi"

11:44 273
.

İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 199-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyi

12:28 322
.

Newsweek: "ABŞ Ukraynanı qurban verdi"

Newsweek yazır ki, ABŞ-ın Ukrayna siyasəti Vaşinqtonun qlobal maraqları çərçivəsində formalaşır. BİG.AZ Newsweek-ə istinadən xəbər verir ki, jurnalın analitik materialında bu yanaşmanın Ukraynanın təhlükəsizlik və siyasi maraqlarını arxa plana keçirdiyi, Kiyevin isə böyük güclər arasındakı balansda riskl

17:12 66
.

Dabbaq xəstəliyi azalır: heyvan əti təhlükəsizdir

"Dabbaq xəstəliyi artıq azalmaq üzrədir və bəzi fermalara satış icazəsi verilib. Bu xəstəlik qloballaşmış problem deyil və dünya statistikasına görə dabbaq xəstəliyinə tutulmuş insanların sayı çox azdır. Dabbaq xəstəliyi ilə müqayisədə daha ciddi xəstəliklərdən biri qara yara xəstəliyidir"

15:44 106
.

Fərid Mansurov maşını əks istiqamətdə saxladı - Video

Olimpiya çempionu, Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov avtomobilini Ağ Şəhərdə yol kənarındakı parkinqdə əks istiqamətdə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, tanınmış idmançıya məxsus olan 10-FM-010 dövlət qeydiyyat nişanlı avtomobilin parkinqdə saxlanma vəziyyət

10:37 318
.

Brüsseldə polislə fermerlər arasında toqquşma baş verib: Avropa Parlamentinin qarşısındakı ərazi döyüş meydanına çevrilib

Belçikanın paytaxtı və Avropa Birliyinin mərkəzi sayılan Brüsseldə fermerlər Liderlər Zirvəsi zamanı Avropa Parlamenti ətrafında etiraz aksiyası keçiriblər. Polislə fermerlər arasında toqquşma parlamentin ətrafını döyüş meydanına çevirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Belçikanın paytaxt

16:15 118
.

TOP MP3