Kök şirəsinin 7 FAYDASI

Kök şirəsinin 7 FAYDASIKök faydalı tərəvəzdir, sağlamlığa və tonusa yaxşı təsir göstərir. Kökün özü kimi şirəsi də cana xeyli faydalıdır.

BiG.AZ medicina.az-a istinadən kök şirəsinin 7 faydasını təqdim edir:

Kök şirəsi gözlər üçün xeyirlidir və gecə vaxtı görməni yaxşılaşdırır. Bu, kökün tərkibindəki lyütein, beta-karotin və lyüsinin miqdarı ilə bağlıdır. Bu tərəvəz növü həm də görməni yaxşılaşdıran "A" vitamini ilə zəngindir - onun tərkibində orqanizm üçün vacib olan gündəlik vitamin normasının 40 faizi olur.

Kök şirəsi qocalma prosesini yavaşıdır

Aşkar olunub ki, müntəzəm olaraq kök şirəsi içmək qocalmanın görünən təzahürlərinin əmələ gəlməsini yavaşıdır. Səbəb - bu tərəvəz antioksidantlarla zəngindir, ona görə də o, hüceyrələrin bərpa olunmasına kömək edir, dərini daha elastik və yumşaq saxlayır.

Ürək xəstəlikləri riskini azaldır

Kök şirəsindən istifadə ürək xəstəlikləri riskini azaldır. Bir tərəfdən bu, immun siteminin güclənməsi, digər tərəfdən isə orqanizmdə xolesterinin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Əslində kök - elə bir tərəvəzdir ki, tərkibində zərərli yağlar yoxdur. Ona görə də o, ürək-damar sisteminin fəallığını yaxşılaşdıran pəhrizlərdə tövsiyyə olunur.

Detoksikasiya müalicəsində ideal vasitədir

Müəyyən müddətdən-müddətə orqanizmdə cəmlənmiş toksinlərin kənar edilməsi üçün orqanizmin detoksikasiyası tövsiyyə olunur. Bu, sərbəst radikallarla mübarizədə orqanizmə kömək edir. Bu radikallar yorğunluğa, baş ağrılarına və dəri problemlərinə səbəb olur. Kök şirəsi tərkibindəki vitaminlərin və mineralların sayəsində, bu tip pəhrizlər üçün ideal vasitədir.

Dişlər və damaq üçün faydalıdır

Kök şirəsindən istifadə ağız boşluğunun sağlamlığı və onun gigiyenası üçün çox faydalıdır. Tədqiqatlar göstərir ki, kök şirəsi damağın və dişlərin səthini təmizləyir və bu yolla dişlərdə "diş daşı"nın cəmlənməsinin qarşısını alır.

Beyinin fəaliyyətini stimullaşdrır

Kök vitaminlərlə, minerallarla və kletçatka ilə zəngindir. Bu komponentlər orqanizmi fəallaşdırır və tonusu qaldırır, qan dövranını stimullaşdırır və bununla da qanın beyinə axınını artırır. Bu, daha yüngül konsentrasiyaya və yaxşı assosiativ düşünməyə gətirib çıxardır.

Mədə üçün də faydalıdır

Yenə də zəngin tərkibinə görə, kök mədə üçün sağlam pəhrizdə tövsiyə olunur. Kök şirəsi köp əmələ gəlməsinin qarşısını alır və peristaltikanı (peristaltika - qidanı qarışdıran və hərəkət etdirən mədə və bağırsaqların hərəkətidir) yaxşılaşdırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5020   Tarix: 25 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439