"Eurovision" mahnısını jestlərin dili ilə çatdıracaq(Video)
Serbiya təmsilçisi Zeljko Yaksimoviç Eurovision 2012 Mahnısını eşitmə və danışma qabiliyyətindən məhrum insanlar üçün də təqdim etdi.
Serbiyanı 57-ci Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək bəstəkar və müğənni Zeljko Yoksimoviç "Nije Lyubav stvar" adlı müsabiqə mahnısının yeni rəsmi videosunun çəkilişlərinə başlayıb. Serbiya təmsilçisi mahnının simfonik və instrumental versiyalarından sonra onun daha orijinal formasını təqdim edəcək. Bu dəfə Zeljko Yoksimoviç jestlərin dili ilə danışacaq. O, mahnının yeni versiyasını eşitmə və danışma qabiliyyətindən məhrum olan insanlar üçün işləyir. Mahnının mətnini 2011-ci ildə "Mənim istedadım var" yarışmasının qalibi Nenad Mahmutoviç jestlərin dili ilə çatdıracaq. Mahnının rəsmi videosu yaxın vaxtlarda nümayiş etdiriləcək.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş