Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN: Həyatınız üçün təhlükəlidir - VİDEO

Marketlərdən alış-veriş edərkən DİQQƏTLİ OLUN: Həyatınız üçün təhlükəlidir - VİDEOBakı sakininin aldığı şirniyyat qida üçün yararsız çıxıb. Həmin şirniyyatı evdə açdıqda içərisində olan keksin kifləndiyini görüb.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elşad Məmmədov – Şikayətçi: "Dünən səhər saatlarında anam nəvəsi üçün, yəni qardaşım qızına keks aldı. 3 ədəd aldılar, elə birincini açanda, gördülər ki, keks kiflənib. Adətən biz onu məktəb vaxtı alıb, uşağın sumkasına qoyuruq. İndi məktəb yoxdur. Əgər məktəb vaxtı olsaydı, biz bunu uşağın sumkasına qoysaydıq, uşaq məktəbdə açıb yeyəcəkdi. 5 yaşlı uşaq nə bilir kiflənmə nə olan şeydir".

Şirniyyatın istehsal olunduğu şirkət keksin xarab olmasına görə, məsuliyyətin onlarda yox, satışı həyata keçirən marketdə olduğunu bildirib.

Elşad Məmmədov – Şikayətçi: "Onlar dedilər ki, problem yoxdur. Paylanmasında da, vaxtında da heç bir problem yoxdur. Yəqin ki saxlanmağında problem olub ki, o keks kiflənmə verə bilər".

Afaq İbrahimova – Şirkətin nümayəndəsi: "Burda kiflənmə halı 2 halda ola bilər. Ya nəmişlik şəraitində saxlanıla bilər, yəni saxlanma qaydasına riayət olunmaya bilər, ya da ki, məhsul hava çəkə bilər. Bir yerdən hardasa deşik olarsa, mütləq o hava çəkir ki, nəticə də belə olur".

Sözügedən marketin nümayəndəsi isə əksinə, günahı və məsuliyyəti şirkətin üstünə atır.

Anar Əliyev – Marketin inzibatçısı: "Malın üstündə çıxma və qurtarma tarixi var. Qurtarma tarixindən əvvəl mal gəlib 5 günə xarab olursa, ona market neynəsin?".

Eyyub Hüseynov – AİB-in sədri: "Əhali bilməlidir ki, unla hazırlanan şirniyyat məhsullarının saxlanma müddəti 36 saatdan artıq deyil. Tortlar, kekslər və s. əgər unla hazırlanmış bir şirniyyat məhsulu bükülübsə, üzərinə də uzun yararlılıq tarixi yazılıbsa, artıq bu zərərli, kimyalaşmış məhsuldur".

Bəs, marketlərdə istifadə müddəti bitmiş məhsullara nəzarət necə aparılır? Tarixi keçmiş məhsullardan zərər çəkən alıcılar hara müraciət etməlidir? Bununla bağlı suallarımızı bu işi görməli olan əsas qurum Qida təhlükəsizliyi agentliyinə ünvanlasaq da, cavabsız qoydular. Eskpertlər isə belə halla qarşılaşanlara aldığı məhsulu qaytarıb, pulunu geri almağı məsləhət görür.

Eyyub Hüseynov – AİB-in sədri: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunub ki, bütün bu işlərə satıcı cavabdehdir. Yəni satıcı malı satışa götürəndə diqqətlə baxmalıdır ki, onun saxlanma şəraiti, sertifikatı varmı. İstehlakçı əgər belə hala rast olarsa, mütləq satıcıya iradını bildirməlidir. Həmin malın satışdan çıxarılması üçün ictimai təşəbbüs göstərməlidir. Bütün qida təhlükəsizliyi agentliyinin "1003" qaynar xəttinə məlumat verməlidir".

Mütəxəssislər hər kəsi xüsusən qida məhsulları alarkən, daha diqqətli olmağa çağırır. Çünki kiminsə kiçik səhvi bizi daha böyük problemlə üz-üzə qoya bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 21 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 381
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 203
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 221
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 182
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 378
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 230
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 223
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 208
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 209